Dəhşətli terror aktları törədilib: ölən və yaralananlar var

© AFP 2023 / AHMAD AL-RUBAYEİraqda terror aktları
İraqda terror aktları - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayıcı qurğular vasitəsilə törədilən silsilə terror aktlarında insanlar həyatını itirib

BAKI, 28 may — Sputnik. İraqın paytaxtı Bağdad şəhərində silsilə terror aktları törədilib.

Sputnik Azərbaycan-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, partlayışlar paytaxtın Əl-Nəhrəvan, Maskat və Humeyr rayonlarında törədilib.

Baş vermiş partlayışlar nəticəsində 5 nəfərin həlak olduğu, 10-dan artıq insanın ağır xəsarətlər aldığı bildirilir.

İraqın təhlükəsizlik qüvvələrinin Bağdadın qərbində 32 partlayıcı qurğunu zərərsizləşdirməsi nəticəsində planlaşdırılmış xeyli sayda teraktın qarşısı alınıb.

Xəbər lenti
0