Dollar

Dolların "qara bazar"ından xəbəriniz var?

245
(Yenilənib 12:36 26.05.2017)
Bu gün səhər saatlarında dolların alışı 1.6950 manat, satışı isə 1.7050 manat olaraq qalıb

BAKI, 26 may — Sputnik. May ayının 26-da "qara bazar"da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6950 manat, satışı isə 1.7050 manat olaraq qalıb.

Avronun "qara bazar"da satış məzənnəsi dəyişməsə də, alış məzənnəsi artıb. Belə ki, Avropa valyutasının alışı 1.88 manatdan 1.89 manata kimi bahalaşıb, satışı isə 1.90 manat olaraq qalıb.

Bu arada, Azərbaycan Mərkəzi Bankı bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Cədvəli təqdim edirik:

Valyuta

Kod

Kurs

1 ABŞ dolları

USD

1.702

1 Avro

EUR

1.9062

1 Avstraliya dolları

AUD

1.2647

1 Argentina pesosu

ARS

0.1058

1 Belarus rublu

BYN

0.9136

1 Braziliya rialı

BRL

0.5197

1 BƏƏ dirhəmi

AED

0.4634

1 Cənubi Afrika randı

ZAR

0.1315

100 Cənubi Korea vonu

KRW

0.152

1 Çexiya kronu

CZK

0.0721

100 Çili pesosu

CLP

0.2544

1 Çin yuanı

CNY

0.2482

1 Danimarka kronu

DKK

0.2562

1 Gürcü larisi

GEL

0.7026

1 Honq Konq dolları

HKD

0.2184

1 Hindistan rupisi

INR

0.0263

1 İngilis funt sterlinqi

GBP

2.1922

100 İndoneziya rupiası

IDR

0.0128

100 İran rialı

IRR

0.0046

1 İsveç kronu

SEK

0.1957

1 İsveçrə frankı

CHF

1.7478

1 İsrail şekeli

ILS

0.4765

1 Kanada dolları

CAD

1.2618

1 Küveyt dinarı

KWD

5.6088

1 Qazaxıstan tengəsi

KZT

0.0055

1 Qırğız somu

KGS

0.025

100 Livan funtu

LBP

0.1128

1 Malayziya rinqqiti

MYR

0.398

1 Meksika pesosu

MXN

0.092

1 Moldova leyi

MDL

0.0935

1 Misir funtu

EGP

0.0941

1 Norveç kronu

NOK

0.2023

100 Özbək somu

UZS

0.0445

1 Polşa zlotası

PLN

0.4567

1 Rusiya rublu

RUB

0.03

1 Sinqapur dolları

SGD

1.2285

1 Səudiyyə Ərəbistanı rialı

SAR

0.4538

1 SDR (BVF-nun xüsusi borcalma hüquqları)

SDR

2.353

1 Türk lirəsi

TRY

0.4768

1 Tayvan dolları

TWD

0.0565

1 Tacik somonisi

TJS

0.1931

1 Yeni türkmən manatı

TMT

0.4868

1 Ukrayna qrivnası

UAH

0.0648

100 Yapon yeni

JPY

1.526

1 Yeni Zelandiya dolları

NZD

1.1945

245
Teqlər:
"qara bazar", məzənnə, valyuta, dollar
Əlaqədar
Dolların sabaha olan məzənnəsi açıqlandı
Hərrac başlamamış dollar bahalaşdı
Dolların qiyməti məlum oldu
Banklar arasında dollar sürətlə bahalaşır, "qara bazar"da isə...
Azərbaycanda dollar ucuzlaşdı
Dolların alışı da, satışı da bahalaşdı
Trampın qızına 100 milyon dollar bəxşiş
İqtisadçi ekspert: “Dollara tələbat artacaq”
Bakı şəhər Baş Polis İdarəsi, arxiv şəkli

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti ləğv edilib

1
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti fəaliyyət göstərməyəcək, "Polis" qəzetinin də nəşri dayandırılıb.

BAKI, 28 noyabr — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti ləğv edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bundan sonra idarənin bu xidməti fəaliyyət göstərməyəcək. Xidmət Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə birləşdirilib.

Məlumata görə, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzetinin də fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, BŞBPİ-nin mətbuat katibi Elşad Hacıyev noyabrın 26-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib.

1
Teqlər:
polis, Elşad Hacıyev, Azərbaycan Respublikasının daxili işlər naziri, daxili işlər naziri, Vilayət Eyvazov, Bakı Şəhər Baş Polis İdarəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutmuşuq - Ərdoğan

5
Ərdoğan: Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutub.

BAKI, 28 noyabr — Sputnik. "Bu il sadəcə COVID-19 pandemiyası ilə deyil, ondan da sürətlə yayılan "islam düşmənçiliyi" virusu ilə də mübarizə aparmaq məcburiyyətində qaldıq".

Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın müsəlman cəmiyyətinə videomüraciətində deyib.

Çıxışına "Türkiyədəki 83 milyon qardaşınızın salamlarını sizə çatdırmaq istəyirəm" sözləri ilə başlayan Ərdoğan bildirib ki, "islam düşmənçiliyi" virusu yalnız müsəlmanlara deyil, digər inanc sahiblərinə də hədsiz dərəcədə mənfi təsir edir:

"Bu düşmənçilik müsəlmanlar qədər Afrikadan, Asiyadan olan didərginləri, digər din mənsublarını da hədəf alır. İŞİD və FETÖ terror təşkilatlarından heç bir fərqi olmayan ideoloji fanatizmin hətta dövlət başçıları səviyyəsində təbliğ edildiyini görürük. Son zamanlar Fransada fikir azadlığı adı altında həzrəti peyğəmbərimiz haqda olan alçaqlıqlara sizlər də şahid olursunuz. İnsanların müqəddəs dəyərlərini təhqir etməyin azadlıqla heç bir əlaqəsi yoxdur. Çünki düşüncə ilə təhqir fərqli məsələlərdir. "Qurani-Kərim"i yandıranların havadarları, həzrəti peyğəmbərimizin təhqirinə şərait yaradanlar, məscidlərimizə olan hücumlara kor qalanlar azadlığı deyil, öz içlərindəki faşizmi gizlətmək üçün belə edirlər. Amma özlərinə qarşı ən kiçik tənqidlərə belə dözümsüzlük göstərirlər".

Türkiyə Prezidenti qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanları təfriqələrə uymamağa çağırıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasının fərqli məkanlarındakı problemlərə qarşı mübarizə yolunu tutub.

5
Teqlər:
Dağlıq Qarabağ, Liviya, Fələstin, Suriya, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyə prezidenti, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan