100 manatlıq əskinazlar

Valyuta hərracının nəticəsi açıqlandı

23
(Yenilənib 14:30 18.05.2017)
Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib

BAKI, 18 may — Sputnik. Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Mərkəzi Bankdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7023 səviyyəsində formalaşıb.

Mayın 18-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7022 manat təşkil edir.

23
Teqlər:
manat, ABŞ dolları, Mərkəzi Bank, Dövlət Neft Fondu, rəsmi məzənnə
Əlaqədar
Valyuta bazarı yenə çalxalandı
Valyuta dəyişmə şərtləri sərtləşdirilir
Valyuta hərracının nəticələri bilindi
Dollar bu valyuta qarşısında əriyir
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
Çaykənd kəndində duman, arxiv şəkli

Dağlarda duman, yağış - Sabahın havası

2
(Yenilənib 14:28 20.09.2021)
Havanın temperaturu gecə 16-21, gündüz isə 28-33, dağlarda gecə 9-14, gündüz isə 17-22 dərəcə olacaq.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə olacaq.

Həmçinin oxuyun:

Qarşıdakı həftənin ilk gününün hava proqnozu

Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq

2
Energetika naziri Pərviz Şahbazov

Nazir: "Rusiya şirkətləri Azərbaycanın neft-qaz sahəsinə 5 mlrd. dollaradək pul yatırıb"

14
(Yenilənib 14:28 20.09.2021)
Energetika nazirinin fikrincə, Rusiya biznesinin Azərbaycanda iştirakı hər iki ölkənin maraqlarına cavab verən amildir.

BAKI, 20 sentyabr - Sputnik. "Azərbaycan ən əlverişli investisiya şərtlərinə malik ölkələrdən biridir. Hökumət ölkənin investisiya cəlbediciliyini artırmaq üçün daim çalışır. Bu tədbirlər sayəsində Dünya Bankı "Doing Business 2020" hesabatında Azərbaycanı ən qabaqcıl 20 islahatçı ölkə sırasına daxil edib".

Report-un xəbərinə görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft və qaz sektoru da hər zaman xarici investisiyalar üçün cəlbedici olub: “2000-ci ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard ABŞ dolları sərmayə qoyulub ki, bunun da 79,5 %-i xarici investisiyalardır. Rusiya investisiyalarına gəldikdə, ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinin səyləri sayəsində ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr durmadan inkişaf edir və bu gün strateji əməkdaşlıq səviyyəsinə çatıb”.

Nazir bildirib ki, bu amil iqtisadiyyatın bütün sahələrində, o cümlədən neft-qaz sektorunda əməkdaşlıq üçün geniş imkanlar açır: “Həmçinin qeyd etmək lazımdır ki, 2014-cü ildə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" Saziş imzalanıb ki, bu da öz növbəsində ikitərəfli əməkdaşlıqda iqtisadiyyatın inkişafına mühüm töhfə verir”.

P. Şahbazov bildirib ki, bunun üçün də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində yaxşı bir dinamikanın olması təəccüblü deyil: “Bu gün Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna sərmayələrinin ümumi həcmi bu ilin 1 aprel tarixinə 4,9 milyard ABŞ dolları təşkil edib”.

Nazir xatırladıb ki, “Lukoil” Azərbaycanın neft və qaz sektorunda işə başlayan ilk şirkətlərdən biridir: “Şirkət 1990-cı illərin əvvəllərində “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsi ilə başlayıb. Şirkət həmçinin dünyanın ən böyük layihələrindən biri olan “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsində iştirak edir. Bundan başqa təbii qazın Avropaya nəql edildiyi Cənubi Qafqaz Qaz Kəməri layihəsində 10 % paya malikdir. “Lukoil”in Azərbaycanda öz yanacaqdoldurma məntəqələri şəbəkəsi də var”.

Rusiya şirkəti ilə gələcək əməkdaşlığa gəlincə isə P. Şahbazov vurğulayıb ki, 21 yanvar 2021-ci ildə Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb: “Lukoil” "Dostluq" yatağının işlənməsində operator olaraq iştirak etmək niyyətini bildirib”.

Həmçinin oxuyun:

Azərbaycan üçün tarixi gün: "Əsrin müqaviləsi"ndən 27 il ötür

SOCAR neft-qaz hasilatını yeddi faiz artırıb

14