Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Biznesmenlərin ümid yeri azadlığa buraxılır

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidHəbsxana kamerası
Həbsxana kamerası - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada yaşayan azərbaycanlı iş adamları Lotu Quliyə xilaskar kimi baxırlar

BAKI, 16 may — Sputnik. Moskvanın meyvə-tərəvəz bazalarında təsir dairələrinin bölüşdürülməsi uğrunda mübarizə yenidən alovlanıb. Bunu gözlənilməz yenilik adlandırmaq olmaz. Vəziyyətlə tanış olan şəxslər azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski — 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilib — red.) öldürülməsinin Rusiya paytaxtında kriminal dairələr arasında kəskin mübahisələrə səbəb olacağını bildirmişdilər.

Простреленный автомобиль Ровшана Лянкяранского - Sputnik Azərbaycan
CƏMİYYƏT
Lənkəranskinin qətlində İŞİD izi

Son vaxtlara qədər nəhəng göyərti və meyvə-tərəvəz bazaları Lənkəranskinin nəzarətində idi. Baxmayaraq ki, Lənkəranski son illərdə Türkiyədə yaşayırdı, kriminal avtoritetin adamları həmyerlilərimizin Rusiya bazarlarındakı bizneslərinə "day-dayılıq" edirdilər.

Sözügedən "day-dayı"nın olmaması, son zamanlar Rusiya bazarlarındakı azərbaycanlı biznesmenlərin vəziyyətinin xeyli gərginləşməsinə səbəb olub. Kriminal avtoritetlər olmadan, Azərbaycan ticarətçiləri müdafiəsiz qalırlar. Onlar sakitcə işləyə bilmirlər, çünki hamı onları itələyir, biznes rəqibləri gözümçıxdıya salır, dözülməz iş mühiti yaradırlar.

Sputnik Azərbaycan-ın əməkdaşı Xlebnikovodakı meyvə-tərəvəz bazasının iri icarədarlarından biri, iş adamı Ruslan Quliyevlə əlaqə saxlayıb. O, Moskva bazarlarında baş verənləri əməkdaşımıza anladıb.

"Vaxtilə bu meyvə-tərəvəz bazası bütün Moskvada ad çıxarmışdı. Bu günsə demək olar ki, boş qalıb. Topdansatışla məşğul olanlar kriminal avtoritetlərin təzyiqi ilə digər bazalara köçdülər, orada məskunlaşdılar və geri qayıtmaq istəmirlər. Topdansatışla məşğul olanlara çox çətindir. Azərbaycanın kriminal avtoritetlərini sıradan çıxarıblar, bizim ticarətçilərimiz himayədarsız qalıb" – deyə Quliyev bildirib.

Bununla yanaşı, kriminal dairələrə yaxın mənbə Sputnik Azərbaycan-a bildirib ki, tezliklə "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) cəza çəkdiyi 8 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılması gözlənilir. Quli Moskvadakı azərbaycanlı sahibkarların yeganə ümid yeridir. Həmvətənləri ümid edirlər ki, Quli azadlığa çıxandan sonra bazarları öz nəzarətinə götürərək asayişi bərpa edəcək.

Hadisələrin ədalətli şəkildə cərəyan edəcəyinə Quliyev də ümid edir. O, nə vaxtsa cinayətkar aləmin əməllərinə qurban getmiş vəsaitlərini biznesə qaytaracağına ümid edir. Quliyevin biznes tərəfdaşları ona qarşı çox qəddar rəftar ediblər. Hətta onlardan biri Quliyevin vəsaitlərini mənimsəmək üçün onun həbsini təşkil edib. Nəticədə Quliyev törətmədiyi cinayətə görə, 7 il həbsxanada yatmalı olub.

Колючая проволока, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
"Lotu Quli" barəsindəki iddialara cavab verdi

"1998-ci ildə mən Xlebnikovoda ticarət məntəqələri açmışam. Xlebnikovoda vəziyyət dəyişməyə başlayanda isə bütün oğru aləmində qarışıqlıq yarandı. Hər gün bir neçə "qanuni oğru" məni öz yanına çağıraraq birlikdə işləməyi təklif edirdi. Mən onda ümumittifaq miqyasında avtoritet olan, 2006-cı ilin 7 aprelində Moskvada öldürülən qanuni oğru Hikmət Muxtarovun (Sabirabadlı Hikmət) himayəsi altında idim. Sabirabadlı Hikmət yerlilər arasındakı mübahisələri və kommersiya münaqişələrini həll etmişdi. Mənimlə iki tərəfdaşım – Əkbər Əsgərov və Samir Əliyev işləyirdi və onların hər biri biznesə nəzarəti ələ keçirmək istəyirdi" – deyə Quliyev bildirib.

Onda Xlebnikovodakı "Viqetta" meyvə-tərəvəz bazarının sahibi Pyotr Rodkin idi. Rodkinlə Quliyev arasındakı münasibətlər yaxşı deyildi. Rodkin tərəfindən sıxışdırılan Quliyev hakimiyyət eşelonlarında dəstək axtarmalı olub. Bir müddətdən sonra Dövlət Dumasından Rodkinə zəng edərək Quliyevi sıxışdırmamağı xahiş ediblər.

"Bu, Rodkini çox əsəbləşdirirdi. Çünki dünənki uşaq ona cavab verməyin yolunu tapmışdı. Belə işləyirdik" – Quliyev deyib.

2001-ci ilin yayında Quliyevin uşağı ağır xəstələnir. Biznesmenin ailəsi Azərbaycanda yaşadığına görə, o, təcili vətənə dönməli olur. İşləri isə tərəfdaşlarına təhvil verir. Quliyev Azərbaycana gəldikdən təxminən 2 ay sonra onu Şəmkir rayon Polis İdarəsinə çağırırlar. Quliyev nəyə görə çağrıldığını bilməsə də, qeyri-qanuni heç nə törətmədiyi üçün dərhal polisə gedir. Əvvəlcə ona çağırışın avtoqəza ilə bağlı olduğunu və avtomobili ilə bağlı yoxlama həyata keçirildiyini bildirirlər.

"Lakin yanımda polislər telefonla danışanda başa düşdüm ki, məsələ daha ciddidir. Telefon danışığından sonra məni qonşu otağa apardılar. Bir neçə saatdan sonra isə qandallayıb Bakıya göndərdilər. Bu hadisə 2001-ci il oktyabrın 1-də baş verdi. Yolda polislərdən biri Samir Əliyevi tanıyıb-tanımadığımı soruşdu. Mən dedim ki, tanıyıram, o, mənim biznes-tərəfdaşımdır. Onda mənə dedilər ki, Əliyevin qardaşının oğurlanmasında günahlandırılıram" – Quliyev qeyd edib.

Həmzət Qastamirov, Şeyx Həmzət (fotoda ortada) - Sputnik Azərbaycan
Dünya şöhrətli kriminal avtoritet Azərbaycana gəlir

Quliyev iddia edir ki, onun həbsi Samir Əliyevin işidir, çünki o, tərəfdaşının payını ələ keçirmək üçün Rodkinlə cinayət sövdələşməsinə gedib. Quliyevin məlumatına görə, onun aradan götürülməsi üçün Əliyev 100 min ABŞ dollarından çox vəsait sərf edib. Artıq dəmir barmaqlıqlar arasına düşəndən sonra Quliyev bilib ki, adam oğurluğu faktı üzrə bir neçə nəfər saxlanılıb və onları cinayətin təşkilində günahlandırırlar.

"Onlar mənim əleyhimə cinayət işini belə düzüb-qoşublar ki, guya sözügedən cinayətkar qrupun üzvləri mənim mobil telefonumdan Samir Əliyevin valideynləri ilə danışıqlarda istifadə ediblər. Biznesmenin qardaşının azadlığa buraxılması üçün oğrular 500 min ABŞ dolları tələb ediblər. Cinayət işində göstərildiyinə görə, Samir Əliyevin mənə çoxlu borcu olub və ona görə də mən əvəzində onun qardaşının oğurlanmasını təşkil etmişəm ki, həmin məbləği ondan alım. Lakin mən heç bir cinayət etməmişəm və adam oğurluğu ilə də heç bir əlaqəm olmayıb. Buna baxmayaraq, məhkəmə mənə 10 il iş kəsib və mən 7 il həbsdə oturmuşam" – Quliyev deyib.

2002-ci ildə "Veqetta" meyvə-tərəvəz bazarının baş direktoru Rodkin və onun arvadı Tamara Rodkina öldürülüb. Rodkin odlu silahdan üç yerindən vurulub – başından, kürəyindən və budundan, arvadı isə başından iki güllə yarası alıb. Baza qısa vaxtda, əvvəl 2 mln. dollara, sonra isə 10 mln. dollara satılıb. Hazırda həmin bazaya inquşlar nəzarət edirlər. Onlar bu obyekti 20 mln. dollara alıblar.

Quliyevin həbsindən beş ay sonra, 2002-ci ildə Bakı aeroportunda Hikmət Muxtarov növbəti dəfə "narkotiklərin (heroin) qanunsuz saxlanması"na görə həbs olunub. Onu 8 il müddətinə azadlıqdan məhrum ediblər. Lakin 1 il 3 ay sonra "qanuni oğru" günahının sübut edilməməsi ilə əlaqədar olaraq azadlığa buraxılıb. Kriminal avtoritet həbsdə olduğu həmin müddətdə Quliyevlə eyni cəzaçəkmə müəssisəsində olub.

"Biz görüşəndə, o, məni görüb çox təəccübləndi. Mən ona başıma gələnlərin hamısını, tərəfdaşlarımın onun adı arxasında gizlənərək məni necə aldatdıqları barədə həqiqətləri danışdım. Hikmət mənim bəraət almağıma kömək edəcəyinə söz verdi. Eyni zamanda bildirdi ki, tərəfdaşlarımı satqınlığına görə cəzalandıracaq. Sabirabadlı Hikmət Əkbər Əsgərovu bazardan qovdu, Samir Əliyevin başına gələndən isə xəbərim yoxdur. Mənə yalnız o məlumdur ki, o gizlənir. Bir müddət sonra Muxtarov öldürüldü" – deyə Quliyev bildirib.

Quliyevin sözlərinə görə, son zamanlar Rusiyada azərbaycanlı biznesmenlərin işi o qədər də yaxşı getmir, əgər belə demək olarsa, təhlükəsiz deyil. Azərbaycanlı sahibkarları qorxudurlar, döyürlər, güllələyirlər. Mütəşəkkil cinayətkar qruplaşmalar öz təsir dairələrini yaratmaqla başqalarının biznesini aradan qaldırmağa cəhd edirlər. Heç kəs bu özbaşınalığın qarşısını almaq gücündə deyil. Buna görə də, bütün sahibkarların ümidi mafioz klandakı öz nümayəndələri Nadir Səlifovadır. Bəzi məlumatlara görə, Qulini tezliklə azadlığa buraxacaqlar.

Xəbər lenti
0