Bank kartı

Bank kartlarından pul çıxarılması dayandırıldı

2947
Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından banklara təlimat gəlib

BAKI, 15 may — Sputnik. Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında atılıb.

Belə ki, bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyyə olunub. Bu, "Nağdsız hesablaşmalar haqqında" qanunun icrasından irəli gəlir.

Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub.

2947
Teqlər:
biznes kartları, nağdsız hesablaşma, kommersiya bankları, plastik kart, Azərbaycan
Əlaqədar
Banklarda dollarla bağlı nə baş verir?
Bank-müştəri münasibətlərində qaydalar sərtləşdirilir
Bankların girovlarla bağlı necə davranacağı aydınlaşdı
Konstitusiya Məhkəməsi banklarla bağlı qərar qəbul edib
Mərkəzi Bank manatın aşağı və yuxarı "qırmızı xətlərini" belə müəyyənləşdirib
Banklar tələsik dolları bahalaşdırdı