Dollar bir gecədə bahalaşdı

© Sputnik / Murad OrujovABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
"Bloomberg" terminalında dollar 1.6838 manata qədər yüksəlib

BAKI, 11 may — Sputnik. Banklararası ticarətdə dollar yenidən bahalaşıb. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, may ayının 11-də "Bloomberg" terminalında dollar 1.6838 manata qədər yüksəlib. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,34% dəyər qazanması deməkdir.

Dollar - Sputnik Azərbaycan
Dollar qeyri-rəsmi səviyyədə bahalaşır

Qeyd edək ki, ötən gün "Bloomberg"də dollar ticarəti 1.6775 manat məzənnəsi ilə yekunlaşmışdı. Onu da xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg" platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Bu arada, mayın 11-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi, mayın 10-u ilə müqayisədə dəyişməyərək 1,7026 manat olub, avro/manat məzənnəsi isə 1.8508 manata düşüb. Mayın 10-da rəsmi olaraq 1 dollar 1,7026 manata, 1 avro isə 1.8544 manata bərabər idi. Bu gün isə Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.

Bu günə olan rəsmi valyuta məzənnələrini təqdim edirik:

© cbar.azBu günə olan rəsmi valyuta məzənnələri
Bu günə olan rəsmi valyuta məzənnələri - Sputnik Azərbaycan
Bu günə olan rəsmi valyuta məzənnələri
Xəbər lenti
0