Boks hakimi, arxiv şəkli

Azərbaycanlı hakim İslamiadaya təyinat alıb

22
Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq

BAKI, 10 may — Sputnik. Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. Sputnik Azərbaycan-ın məlumatına görə, "Bakı Kristal Zal"da baş tutacaq döyüşlərə 27 ədalət təmsilçisi təyinat alıb.

Bu siyahıda azərbaycanlı hakimin də adı var. Mayın 12-18-də keçiriləcək kişi boksçuların mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq.

Qeyd edək ki, yığmamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaq.

22
Teqlər:
Mehman Mürsəlov, hakim, İslam Həmrəyliyi Oyunları, boks
Əlaqədar
Bu gün İslamiadada futbol yarışlarına start veriləcək
İslamiadada iştirak edəcək daha bir komandanın heyəti açıqlandı
Azərbaycanın İslamiadada 5 komanda idman növü üzrə rəqibləri müəyyənləşib
İslamiadanın açılış mərasiminin biletləri bu qiymətə olacaq