İbrahim Erkal

Türkiyənin məşhur müğənnisi vəfat edib

139
(Yenilənib 19:54 09.05.2017)
Üç dostu ilə birlikdə yeyib-içdikdən sonra avtoparkda yerə yıxılmış, beyninə qan sızmışdı.

BAKI, 9 may — Sputnik. Türkiyənin məşhur müğənnisi İbrahim Erkal vəfat edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bir ay əvvəl beyninə qan sızan İbrahim Erkalın beyni ölüb. Onun beyni ölsə də, digər orqanlarının həyati fəaliyyəti davam edirmiş.

Müğənninin beyin ölümü keçirdiyini eşidən pərəstişkarları onun müalicə aldığı xəstəxanaya axın edib.

Erkal ailəsi sosial media vasitəsilə acı xəbəri ictimaiyyətə açıqlayıb:

"Dəyərli sənətkarımız İbrahim Erkal bütün çabalara baxmayaraq, haqqın rəhmətinə qovuşub."

Xatırladaq ki, 50 yaşlı müğənni evinin avtoparkında huşsuz vəziyyətdə tapılmış və təcili tibbi yardımla Beşiktaşdakı özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Həkimlər onun vəziyyətinin ağır olduğunu, həyata dönüşünün çətin olacağını bildirmişdilər.

1996-cı ildə "Canısı" mahnısı ilə şöhrət qazanan Erkal bu ilin 11 aprel gecəsi 3 dostu ilə birlikdə yemək yeyib. Maşını sürmək üçün kafenin əməkdaşına verib. Əməkdaş Erkalı Maltəpədəki evinin avtoparkına qədər gətirib. Maşını park etdikdən sonra gedib.

Təhlükəsizlik kamerasının qeydlərinə görə, saat 01.00 radələrində İbrahim Erkalın halı pisləşib və o, avtoparkda yerə yıxılıb. 1.5 saat sonra binanın mühafizəçisi Erkalı avtoparkda huşsuz vəziyyətdə yatan görüb və ailəsinə zəng edib.

Təcili tibbi yardım Erkalın beyninə qan sızdığı müəyyən edib. O, elə həmin tarixdən də komaya düşüb.

Erkal 1966-cı il oktyabrın 10-da Türkiyənin Ərzurum şəhərində anadan olub. Onun üçüncü övladı, beyninə qan sızmazdan bir qədər əvvəl dünyaya gəlmişdi.

139
Teqlər:
qan sızması, İstanbul, Beşiktaş, İbrahim Erkal, Türkiyə
Əlaqədar
Komada olan məşhur müğənnidən xəbər var
Məşhur müğənni-aktyor təcili xəstəxanaya yerləşdirildi
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

21
(Yenilənib 18:01 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

BAKI, 25 oktyabr — Sputnik. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

21
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"

14
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var".

BAKI, 25 oktyabr - Sputnik. “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandırıldıq”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et!”, - o vurğulayıb.

14