Прицел ночного видения, фото из архива

Nazir: "Azərbaycan Türkiyə ilə birgə silah istehsal edir"

290
(Yenilənib 23:57 09.05.2017)
Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyə ilə hərbi sənaye sahəsində əməkdaşlıqdan danışıb

BAKI, 9 may — Sputnik. "Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxil olan müəssisələr Türkiyənin müvafiq qurumlarından bu günə qədər 130 milyon dollar həcmində xammal və ehtiyat hissələri alıb".

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumla Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur:"Bildiyiniz kimi, hər iki dövlət arasında Yüksək Strateji Əməkdaşlıq Şurası fəaliyyət göstərir, hər iki ölkənin güc strukturlarının iştirakı ilə hərbi dialoq keçirilir, iclaslarda Müdafiə Sənayesi Nazirliyi iştirak edir".

Президент РФ В. Путин встретился с президентом Армении С. Саргсяном
© Sputnik / Алексей Дружинин

Nazir qeyd edib ki, həm şura, həm də hərbi-texniki əməkdaşlıq çərçivəsində qəbul edilmiş qərarlar vaxtaşırı müzakirə olunur və onların həlli istiqamətində müvafiq işlər görülür: "Bunun nəticəsidir ki, bu gün biz Türkiyənin bir sıra şirkətləri ilə sıx əməkdaşlıq edirik".

Y.Camalov vurğulayıb ki, Azərbaycan 4 növ tapançanı Türkiyənin özəl şirkəti ilə birgə istehsal edir, həmçinin gecəgörmə nişangahlarının birgə istehsalı nəzərdə tutulur: "Azərbaycanda optik nişangahların təmir servis bazasının yaradılması istiqamətində danışıqlar gedir, bundan əlavə, MP5 tapança avtomatlarının birgə istehsalı həyata keçirilir".

Qeyd edək ki, mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində "İDEF-2017" XIII beynəlxalq müdafiə sənayesi sərgisi keçirilir.

Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Sərgidə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin müdafiə naziri Zakir Həsənov iştirak edirlər.

Sərgiyə dünyanın 50 ölkəsindən 300-dək şirkət qatılıb.

290
Teqlər:
İstanbul, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, silah, "İDEF-2017" XIII beynəlxalq müdafiə sənayesi sərgisi, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Yavər Camalov, Türkiyə, Azərbaycan
Əlaqədar
Kiselyov: "Bakıya silah satılmasında siyasi məna axtarmaq lazım deyil"
"Rusiya İsrailin Azərbaycana silah satmasına etiraz etməyəcək"
Bu ölkə Türkiyəyə silah satışını dayandırdı
Rusiya Ermənistana silah satmasının səbəblərinə aydınlıq gətirdi
Azərbaycanın müdafiə naziri Çexiyada silah şirkətlərinə baş çəkib
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

0
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

0
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

6
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

6
Teqlər:
qarğıdalı, fermer, Balakən