Повесившийся в лесу человек. Архивное фото

Kənd camaatına olan borcunu özünü asmaqla ödədi

364
(Yenilənib 13:29 09.05.2017)
Yarım ay əvvəl Rusiyadan vətənə dönən Qax rayon sakini meşədə intihar edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Qax rayonunda öz həmyerlilərinə külli miqdarda borcu olan şəxs özünü asıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, ötən gün rayonun Çinarlı kəndi yaxınlığındakı meşədə kənd sakinləri ağacdan asılı vəziyyətdə kişi meyiti tapıblar. Məlum olub ki, o, Çinarlı kəndinin sakini Şamil Şamxalovdur. Sakinlər bu barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Qax rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, 1970-ci il təvəllüdlü Çinarlı sakini Şamil Şamxal oğlu Şamxalovun meyiti mayın 8-də axşam saatlarında kəndin yaxınlığındakı meşəlikdə ağacdan asılı vəziyyətdə aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmadığından, mərhumun özünü asdığı ehtimal edilir.

Təhqiqat zamanı məlum olub ki, Şamil Şamxalov yarım ay əvvəl Rusiyadan qayıdıb. Onun maddi problemlərinin olduğu və içkiyə meylli olduğu aydınlaşıb.

Şamxalovu ailə üzvləri və kənd sakinləri intihardan əvvəl sərxoş vəziyyətdə görüblər. Onun üstündən tapılan məktubda bir neçə rayon sakininə xeyli pul borcu olduğu qeyd edilib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

364
Teqlər:
Qax rayon Polis İdarəsi, Qax Rayon Prokurorluğu, Çinarlı kəndi, CM, intihar, borc, Rusiya, Şamil Şamxalov, Qax rayonu
Əlaqədar
Bakıda həbsxanada dustaq özünü asıb
Ailə başçısı maddi imkansızlıq ucbatından özünü asıb
Bakı məktəblisi özünü asıb
Sumqayıtlı tələbə özünü niyə asıb?
Borca görə intihar etdi