Qoyun sürüsü

Şabran sakinindən kuryoz oğurluq

119
(Yenilənib 23:49 07.05.2017)
Bir təsərrüfatdan üç dəfə oğurluq etdi, sonda yaxalandı.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Şabran rayon sakini Camal Həsənova məxsus təsərrüfatdan qoyun oğurlayan şəxs saxlanılıb.

Şabran rayonu Dəvəçi kənd sakini Füzuli Ocaqov C.Həsənova məxsus təsərrüfatdan iki dəfə qoyun oğurluğu edib. O, məşhur el məsəlində olduğu kimi, "Koroğlu üçdən deyib" deyərək eyni obyektə növbəti dəfə oğurluğa girib.

Üçüncü oğurluğunda isə Şabran rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs bundan öncə oğurladığı qoyunlardan birincisini 200 azn, ikincini isə 250 azn dəyərində satdığını etiraf edib.
Füzuli Ocaqov əvvəllər də məhkum olunub.

Şabran rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və araşdırmalar davam etdirilir.

119
Teqlər:
oğurluq, qoyun, Şabran rayonu
Əlaqədar
Şabranda "törə cinayəti"nin qurbanı olan qız tükürpədici faktlar açıqladı
Şabranda qardaş bacısını bu səbəbdən vurubmuş
Şəkidə maraqlı oğurluq