Həmzət Qastamirov, Şeyx Həmzət (fotoda ortada)

Dünya şöhrətli kriminal avtoritet Azərbaycana gəlir

19944
Avtoritetin şəxsi təhlükəsizliyinin qorunması ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır

BAKI, 5 may — Sputnik. Cinayətkar qrupların ümumi Avropa kassasının nəzarətçisinin adamları, onun şəxsi təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparırlar. Belə ki, cinayətkar qrupların ümumi Avropa kassasının nəzarətçisi, çeçen "qanuni oğru" Həmzət Qastəmirov (Şeyx Həmzət) yaxın günlərdə Azərbaycana gəlməyi planlaşdırır.

Onun bu səfərdə məqsədi, 2016-cı ilin 18 avqustunda İstanbulun Barbarossa bulvarında qətlə yetirilən digər "qanuni oğru" Rövşən Lənkəranskinin qəbrini ziyarət etməkdir. Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə məlumat verib.

Hazırda Şeyx Həmzətin adamları Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri ilə danışıqlar aparırlar. Danışıqlarda kriminal avtoritetin şəxsi təhlükəsizliyi, səfər zamanı onu kimin müşayiət edəcəyi ilə bağlı məsələlər razılaşdırılır.

Mənbənin sözlərinə görə, Qastəmirov, haqlarında beynəlxalq axtarış elan edilməsi səbəbindən vətənə gələ bilməyən bütün azərbaycanlı kriminal avtoritetlərin adından Rövşən Lənkəranskinin qəbrinə əklil qoymaq istəyir.

Qeyd edək ki, Qastəmirov Almaniyada yaşayır və öz kriminal tituluna baxmayaraq, qanunlarla heç bir problemi yoxdur. O, hüquq-mühafizə strukturları tərəfindən heç bir təhlükə gözləmədən sərbəst şəkildə hərəkət edə və istədiyi yerə gedə bilir.

19944
Teqlər:
təhlükəsizliyin təmin olunması, nəzarətçi, Avropa kassası, cinayətkar qrup, Həmzət Qastəmirov, Şeyx Həmzət, Rövşən Lənkəranski, "qanuni oğru", hüquq-mühafizə orqanları, Azərbaycan
Əlaqədar
Şeyx Həmzətin aradan götürülməsində Rövşən Lənkəranskinin düşmənləri maraqlı olublar
Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu təzələdi
Lənkəranskinin qətlində İŞİD izi
Rövşən Lənkəranskinin ortağını gülləbaran elədilər
Lənkəranskinin, Şeyxin nəzarətinə keçən obyektlərinin siyahısı
Lənkəranskinin qətlində şübhəli bilinən şəxslə bağlı qərar verildi

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

15
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

15
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(1:25 / 11.15Mb / просмотров видео: 34)

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

37
(Yenilənib 18:40 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

37
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə