Astana

Yığmamız bu mötəbər beynəlxalq turnirdə iştirak edəcək

10
(Yenilənib 22:32 04.05.2017)
4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq

BAKI, 4 may — Sputnik. Mayın 8-də Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamız səfərə baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 13 idmançı ilə yollanacaq. Məşqçilər korpusu Çimkəntdə Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədovu (+85 kq) sınaqdan çıxaracaq.

Eyni zamanda turnirdə Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, Qazaxıstana mayın 7-də yollanacaq boksçularımız ayın 12-də Azərbaycana qayıdacaqlar.

10
Teqlər:
Boks turniri, Səlim Səlimov, Elxan Əsədov, Vaqif Kazımov, Vüqar Məmmədov, Elmir Novruzov, Çimkənt şəhəri, Qazaxıstan, Azərbaycan
Əlaqədar
"Qızlar mənə deyirlər ki, boksçuların başı yaxşı işləmir"
Azərbaycan boksçusu Olimpiadanın finalına çıxdı
Azərbaycan boksçusu Olimpiadanın yarımfinalındadır
Rio Olimpiadasında yarışacaq boksçumuz: "Çox təəssüf..."
Azərbaycan boksçusu Olimpiadanın 1/4 finalına yüksəldi