Dollar yenidən bahalaşdı

© AFP 2023 / OZAN KOSE ABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Banklarda dolların və avronun bu günə alış-satış qiymətləri açıqlanıb

BAKI, 4 may — Sputnik. Banklararası ticarətdə dollar yenidən bahalaşmağa başlayıb. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, may ayının 4-də "Bloomberg" terminalında dollar 1.6788 manata qədər bahalaşıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,08% dəyər qazanması deməkdir.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Bu arada, banklarda dolların və avronun bu günə alış-satış qiymətləri açıqlanıb. Həmin cədvəli təqdim edirik:

© CədvəlBanklarda dolların və avronun bu günə alış-satış qiymətləri
Banklarda dolların və avronun bu günə alış-satış qiymətləri - Sputnik Azərbaycan
Banklarda dolların və avronun bu günə alış-satış qiymətləri

Xəbər lenti
0