BAKI, 1 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 20-25, yarımadanın bəzi yerlərində 28, Bakıda gecə 12-14, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Nazirlik xəbərdarlıq da edir: Mayın 2-si axşam qərb rayonlarından başlayaraq mayın 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimalı var.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.