Gözlənilən hava şəraitindən xəbərdar olun

Abunə olmaq
Aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

BAKI, 27 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub-şərq küləyi əsəcək.

Küləkli hava - Sputnik Azərbaycan
Sabahın hava proqnozu açıqlandı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0