"Qara bazar"da dollar sürətlə bahalaşır

© AFP 2023 / WAKIL KOHSARDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında dolların alışı 1.6800 manata, satışı isə 1.6900 manata qədər yüksəlib

BAKI, 27 aprel — Sputnik. Son 3 gündə ardıcıl olaraq "qara bazar"da dollar bahalaşmaqda davam edir və artıq yenidən 1.70 manat həddinə yaxınlaşır. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, aprel ayının 27-si səhər saatlarında dolların alışı 1.6800 manata, satışı isə 1.6900 manata qədər yüksəlib.

Bu isə son 3 gündə dolların 1,7%-dək (hər gün 1 qəpik) bahalaşması deməkdir. Xatırladaq ki, ötən gün "qara bazar"da ABŞ valyutası 1.6700 manata alınıb, 1.6800 manata satılırdı.

Xəbər lenti
0