Dollar yenidən revanş götürdü

Abunə olmaq
Banklarda və "qara bazar"da dolların alış-satış qiymətlərinin qalxdığı müşahidə olunur

BAKI, 26 aprel — Sputnik. Bu gün səhərdən etibarən banklarda dolların alış-satış qiymətlərinin qalxdığı müşahidə olunur. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, saat 10:00-a olan məlumata görə, "Unibank" alışı 1.66 manatdan 1.6750 manata qaldırıb, satışı isə 1.71 manatdan 1.7050 manata endirib.

ABŞ dolları - Sputnik Azərbaycan
Dollar həm banklarda, həm də "qara bazar"da bu həddə çatdı

Dünən dolları ən ucuz – 1.68 manatdan satan "Bank Siİlk Vey", bu gün səhər satış qiymətini 1.7025 manata qaldırıb. "PAŞA Bank" alışı 1.66 manatdan 1.6750 manata, satışı 1.7050 manatdan 1.71 manata qaldırıb.

Dolları 1.6750 manatdan alan bankların sayı artıb. Dünən axşam bu qiymətə dolları yalnız "Turanbank" alırdı. Bu gün səhər "PAŞA Bank", "Günay Bank" və "Unibank" da dolları 1.6750 manatdan alır. "Günay Bank" alışı 1.6730 manatdan 1.6750 manata, satışı isə 1.6830 manatdan 1.6880 manata qaldırıb.

"Access Bank" alışı 1.6170 manatdan 1.6340 manata, satışı isə 1.7040 manatdan 1.7110 manata qaldırıb. Bu dəqiqələrdə dolları ən ucuz satan bank "Amrahbank"dır — 1.6850 manat. Dünən bu bankda 1.68 manata dollar almaq mümkün idi.

Bu arada, "qara bazar"da da dollar son iki gündə bahalaşıb. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə edilən məlumatlara əsasən, aprel ayının 26-də səhər saatlarında dolların alışı 1.6700 manata, satışı isə 1.6800 manata yüksəlib. Bu isə son iki gündə dolların 1,2%-dək bahalaşması deməkdir. Ötən gün "qara bazar"da ABŞ valyutası 1.6600 manata alınıb, 1.6700 manata satılırdı.

Xəbər lenti
0