Aktyorumuz "Ən yaxşı kişi ifaçısı" nominasiyası üzrə qalib oldu

© Photo : TRENDRespublikalarının Əməkdar Artisti Şövqi Hüseynov
Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşa hər kəs tərəfindən maraqla qarşılanıb

BAKI, 25 aprel — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçirilən "Hərarətli ürək" ("Горячее сердце") klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edir. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, festivalda iştirak edən Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynovun əsas rolu ifa etdiyi N.V.Qoqolun "Dəlinin qeydləri" mono-tamaşası aprel ayının 22-də A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş etdirilib.

Bu festival digərlərindən onunla fərqlənib ki, festival tarixində ilk dəfə xarici teatr öz ana dilində tamaşa ilə çıxış edib. Bu yeniliyə isə Gənc Tamaşaçılar Teatrı imza atıb. Yenilik festivalın beynəlxalq münsiflər heyəti, iştirakçı teatrlar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bunu aktyorumuz belə izah edib: "Düşünürəm ki, Nikolay Vasilyeviç Qoqolun yaradıcılığını hər kəs bilir və əsərin süjet xətti hamıya çox yaxşı məlumdur".

Festival yekunlaşmamış artıq ilk mükafatçı məlum olub. Festivalın "Ən yaxşı kişi ifaçısı" nominasiyasına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov layiq görülüb.

Tamaşadan bir parça ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

 

Xəbər lenti
0