Kəmaləddin Heydərov, arxiv şəkli

Nazir vətəndaşları qəbul edəcək

48
Fövqəladə hallar naziri 28 aprel 2017-ci il tarixində Qobustan şəhərində, Qobustan İdman Kompleksinin binasında saat 11.00-dan vətəndaşları qəbul edəcək

BAKI, 24 aprel — Sputnik. Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qobustan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Kəmaləddin Heydərov 28 aprel 2017-ci il tarixində Qobustan şəhərində, Qobustan İdman Kompleksinin binasında, saat 11.00-dan vətəndaşları qəbul edəcək. Qəbulda yalnız Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Qobustan İdman Kompleksinin binasında 27 aprel 2017-ci il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

48
Teqlər:
fövqəladə hallar naziri, Kəmaləddin Heydərov, qəbul, vətəndaş, Qobustan, Azərbaycan
Əlaqədar
Prezident Şahzadəni qəbul edib
İlham Əliyev iranlı naziri qəbul edib
Nazir vətəndaşları qəbul edib
Gürcüstanın baş naziri Azərbaycan səfirini qəbul edib
Qadın su içir, arxiv şəkli

Sabah havanın temperaturu 38 dərəcəyə yüksələcək

0
(Yenilənib 14:10 04.07.2020)
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

BAKI, 4 iyul — Sputnik. Azərbaycanda iyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

0
Dərsliklər, arxiv şəkli

Erkən nikahlarla bağlı mövzular dərsliklərə məqsədlə salınıb

78
(Yenilənib 13:33 04.07.2020)
"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Növbəti tədris ilindən etibarən erkən nikahlar və qohum nikahlarla bağlı dərsliklərə maarifləndirici material daxil ediləcək. Maraqlıdır, bunun effekti nə dərəcədə olacaq?

Bu barədə Sputnik Azərbaycan-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bunun heç bir faydasının olmayacağını vurğulayıb: "Burada auditoriya düzgün seçilməyib. Çünki erkən nikahları həyata keçirən şagirdlər deyil. Şagirdlər tərəfindən bu dərslərin nə dərəcədə mənimsənilməsi bunun həyata keçməsi demək deyil, yəni, bu erkən nikahdan qorunmaq deyil. Tutaq ki, şagird erkən nikahla bağlı materialı mənimsəyib. Bəs, valideyn? Bu səbəbdən də deyirəm ki, maarifləndiriləcək kütlə düzgün seçilməyib. Valideynin qonşusunda imkanlı biri olandan, atası başlıq pulunu alandan sonra nə olacaq?! Şagird valideynin fikrini dəyişə biləcəkmi".

"Baxın, erkən nikahlar restoranlarda qeydə alınır. Bəs, restoran sahibinin guya bundan xəbəri yoxdur?. Necə olur ki, bu gün maskaya görə cərimələr yazılır, amma erkən nikaha görə, kimsə cinayət məsuliyyətinə cəlb olunmur. Hər il Azərbaycanda 500-dək erkən nikah qeydə alınır, bəs buna görə məsuliyyət hanı, qeydə alınırmı?", - deyə K.Əsədov əlavə edib.

K.Əsədov bildirib ki, erkən nikahlar daha çox imkansız, çox qız uşaqlarının olduğu ailələrdə baş verir.

"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir. Yolda birinin ürəyi getsə, ilkin tibbi yardım göstərə biləcəksiniz? Yol hərəkəti qaydalarını hamı bilirmi? Məktəblər bunu öyrətməlidir. Məktəb insanı həyata hazırlamalıdır",- deyə ekspert əlavə edib.

78