Bakı sakinlərinə 25 aprel xəbərdarlığı

© pixabay / Michael GaidaВетроуказатель, фото из архива
Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir

BAKI, 24 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Qubada qar - Sputnik Azərbaycan
CƏMİYYƏT
İsti geyimlərinizi şkafdan çıxarın: qar yağacaq

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq da edir: Aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

Xəbər lenti
0