“Laqunda” aparatı, arxiv şəkli

"Laqunda" ilə öz çənəsini kəsdi

124
(Yenilənib 22:45 18.04.2017)
Şəkidə 54 yaşlı kişi qeyri-adi qəza nəticəsində ölümün bir addımlığından

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 apr — Sputnik. Şəkidə 54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Nadir hallarda təsadüf edilən qəza nəticəsində o, ölümün bir addımlığından dönüb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün günorta saatlarında Şəki şəhər sakini, 1963-cü il təvəllüdlü Mənəf Ələsgər oğlu Mənəfov alt çənənin kəsiyi və alt çənə sümüyünün sınığı xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, rayon sakini yaşadığı ünvanda "laqunda" aparatı ilə iş görən zaman qəfildən alətin kəsici daşı çıxaraq onun alt çənəsinə dəyib.

M. Mənəfovun müalicəsini Şəkidə davam etdirmək mümkün olmayıb. Bu səbəbdən də onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

124
Teqlər:
laqunda, qeyri-adi qəza, "laqunda" ilə çənəsini kəsdi, Şəki
Əlaqədar
Xaçmazda qeyri-adi intihar
Bakıda qeyri-adi hadisə: yol polisi oğurlanıb
Bakıda qeyri-adi zorlama faktı
Bakıda qeyri-adi maskalı adamlar saxlanılıb
Qaxda keçirilən qeyri-adi bayram turistləri valeh edib