Zaqatalada sahibsiz itlər insanlara hücum edir

© Sputnik / Irade JELILSahibsiz itlər
Sahibsiz itlər - Sputnik Azərbaycan
Abunə olmaq
Mustafayevi dişləyən itin quduz olub-olmadığı yoxlanılaraq müvafiq tədbir görüləcək

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 apr — Sputnik. Zaqatalada 29 yaşlı kişini sahibsiz it dişləyib. Sahibsiz itin quduzluğa tutulduğu ehtimal edilir.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Çobankol kəndində baş verib.

Kənd sakini, 29 yaşlı Mustafayev Sərxan Piri oğlu sol bilək nahiyəsinin it dişləməsi xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Sərxan Mustafayevə xəstəxanada lazımı tibbi yardım göstərilib. Quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Sərxan Mustafayevin vəziyyəti nəzarətdə saxlanılır.

Zaqatala Rayon Baytarlıq Epidemiologiya İdarəsindən verilən xəbərə görə, Mustafayevi dişləyən itin quduz olub-olmadığı yoxlanılaraq müvafiq tədbir görüləcək.

Xatırladaq ki, bu, Zaqatalada sahibsiz itlərin insanlara xətər toxundurduğu ilk hal deyil. Ötən ay da rayonda itlər biri uşaq, biri gənc qız və ikisi kişi olmaqla 4 nəfərə hücum edib. 

Xəbər lenti
0