Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Sən supersən"in iştirakçısı yaşananları dilə gətirəcək

© SputnikПарвана Алджанова
Парвана Алджанова - Sputnik Azərbaycan
Abunə olmaq
"Sən supersən" layihəsinin iştirakçısı Pərvanə Alcanovanın mətbuat konfransı olacaq

BAKI, 18 apr — Sputnik. Gənc müğənni, "Sən supersən" ("Tı super") televiziya musiqi yarışmasında iştirakı və oradan aldığı təəssüratlarını jurnalistlər və qonaqlarla bölüşəcək.

Sputnik İnformasiya Agentliyi ilə Rusiyanın NTV kanalının birgə layihəsi olan "Sən supersən" beynəlxalq vokal müsabiqəsi fevralın 11-də start götürüb. Bu müsabiqədə valideynsiz qalmış, uşaq evlərində, internat-məktəblərdə, övladlığa götürülmüş ailələrdə tərbiyə olunan istedadlı uşaqlar iştirak edirlər.

Выступление Парваны Алджановой во втором туре проекта Ты супер! - Sputnik Azərbaycan
VİDEO
Pərvanə Alcanovanın "Sən supersən!" layihəsinin ikinci turunda çıxışı

Sabiq SSRİ-nin müxtəlif guşələrindən olan istedadlı uşaqlar bu mahnı müsabiqəsində bərabər şərtlər altında ən yaxşı adı qazanmaq üçün ədalətli mübarizə aparmaq imkanı əldə ediblər. Layihənin azərbaycanlı iştirakçıları arasında olan Pərvanə Alcanova artıq öz iştirakını başa çatdırıb.

19 aprel saat 11:00-da Pərvanə Alcanova Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində jurnalistlərlə görüşərək layihədə iştirakı ilə bağlı təəssüratlarını bölüşəcək. Mətbuat konfransında həmçinin iştirak edəcəklər:

— Eldar Qasımov — "Avroviziya 2012" müsabiqəsinin qalibi
— Əziz Əliyev — Sputnik Azərbaycan İnformasiya Agentliyinin rəhbəri
— Kamilla Əliyeva — Sputnik Azərbaycan-ın jurnalisti, layihənin Azərbaycan üzrə koordinatoru.

Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

Xəbər lenti
0