ABŞ dolları

Dollar həm banklarda, həm "qara bazar"da bu həddə çatdı

2708
Hazırda dolların ən sərfəli alış qiyməti 1.6700 manat, ən sərfəli satış qiyməti isə 1.6850 manata bərabərdir

BAKI, 18 apr — Sputnik. Bu gün səhər saatlarında bir sıra Azərbaycan kommersiya bankları dolların alış və satış məzənnəsinə dəyişiklik edib. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1.6700 manat, ən sərfəli satış qiyməti isə 1.6850 manata bərabərdir.

Dəyişikliklərə gələrkən, məsələn "Bank of Baku" dünən axşam saatları ilə müqayisədə ABŞ valyutasının alış qiymətini bahalaşdırıb, satışı ucuzlaşdırıb: alışı — 1.6450 manatdan 1.6500 manatadək, satışı 1.7100 manatdan 1.7050 manaatdək.

"Amrahbank" hər ikisini bahalaşdırıb: alışı — 1.6600 manatdan 1.6650 manatadək, satışı — 1.6800 manatdan 1.6900 manatadək. "Bank Avrasiya" isə yalnız satış qiymətini ucuzlaşdırıb: 1.7100 manatdan 1.7000 manatadək.

Bu gün "qara bazar"da da dolların satışı nisbi bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.66 manat olaraq qalıb. ABŞ valyutasının satış məzənnəsi isə 1.67 manatdan 1.68 manata qədər yüksəlib. Başqa sözlə dolların satışı 0,5%-dək bahalaşıb.

2708
Teqlər:
alış, kommersiya bankları, satış, məzənnə, Azərbaycan, dollar
Əlaqədar
Dolların məzənnəsi belə olacaq
"Qara bazar"da dollar sürətlə bahalaşır
Manat dollara qarşı bu səviyyədə sabitləşdirilir
Dollar sabah bu qiymətə olacaq
Manatı ucuzlaşdıran bankların sayı artır: dollar bahalaşdı
Dolların sabaha məzənnəsi belə oldu
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb

5
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

Həmin videomüraciəti təqdim edirik:

5
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi

Azərbaycan Türkiyə birgə daha bir uğura imza atdı

9
TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub.

 

BAKI, 20 oktyabr — Sputnik. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edildi. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) TANAP-ı "İlin layihəsi" kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq gördü. Bu barədə SOCAR-dan Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel  idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) tərəfindən "İlin layihəsi" kateqoriyasında mükafata layiq görüldü.

TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub. Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı, layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

 

9