Благотворительный Пасхальный базар в РИКЦ

Beş illik çaxır gün açılır

72
(Yenilənib 10:39 17.04.2017)
Xaçmazda kilsənin baş keşişi Georginin rəhbərliyi ilə müvafiq xristian ayinləri həyata keçirilib.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 apr — Sputnik. Bu gün Xaçmaz şəhər pravoslav kilsəsində rayonun xristian icması səhər saat 10:00 radələrindən etibarən dini ayinlərin icrasına başlayıb. Kilsənin baş keşişi Georginin rəhbərliyi ilə müvafiq xristian ayinləri həyata keçirilib. Xaçmaz rayon polis şöbəsinin əməkdaşları ictimai asayişin qorunmasına ciddi nəzarət ediblər.

Pasxa el arasında həm də "qızıl yumurta" bayramı kimi təsvir edilir. Bu gün İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festivalı və bayramıdır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.

Pasxa bayramı dəyişik günlərdə qeyd edilir. Çünki onun tarixi müasir təqvimə uyğun gəlmir.

Kötüklü kəndində Pasxa
© Sputnik / Shahperi Abbasova

Pasxa ilə Novruz bayramı arasında bəzi oxşar cəhətlər var. Məsələn, Novruz bayramında "Qodu-qodu" mərasimi gecə keçirilirsə, Pasxada gündüz keçirilir. Novruzda olduğu kimi Pasxada da yumurta boyanır, növbənöv şirniyyatlar bişirilir. Qohumlar, qonşular, tanışlar biri-birini bayram münasibəti ilə təbrik edir.

Pasxa günündə xristian dininə mənsub hər bir ailədə "Pasxa" adlı şirniyyat bişirilir. Bu şirniyyat Pasxa gününün əsas rəmzilərindən biri hesab edilir. 

Pasxa günündə saxsı küp qablarda yerin altında 5 il və daha çox saxlanan çaxırlar açılır.

Xaçmazda keçirilən mərasimdə xristian icması böyük ruh yüksəkliyi ilə iştirak edib. Əməkdaşımızla söhbət edən icma nümayəndələri prezident İlham Əliyevin onları bu bayram münasibətilə təbrik etməsini müsbət hal kimi vurğulayıblar. Bayramı yüksək səviyyədə keçirməyə şərait yaratdığına görə, dövlətdən razılıqlarını ifadə ediblər.

72
Teqlər:
çaxır, xristian icması, Pasxa, İlham Əliyev, Pasxa qeyd olunub, Xaçmaz
Əlaqədar
Pasxa haqqında bunları bilirdiz?
Qaxda yaşayan pravoslavların Pasxa bayramından video-reportaj
ATƏT münaqişə tərəflərini Novruz və Pasxa bayramları ərəfəsində atəşkəsə çağırdı
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

0
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

0
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

3
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

3
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı