Azərbaycan ordusunun hərbi təlimləri, 16 aprel 2017-ci il

Azərbaycan ordusu hərəkətə keçdi

766
(Yenilənib 12:41 16.04.2017)
30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək raket, aviasiya və digər hərbi texnika prosesə cəlb olunub.

BAKI, 16 apr — Sputnik. Bu gün Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə keçirilir.

Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək.

Qəbul edilmiş qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunacaq.

Təlimlər aprelin 21-dək davam edəcək.

766
Teqlər:
hərbi təlimlər, genişmiqyaslı hərbi təlimlər, təlim, raket və artilleriya qurğusu, artilleriya, aviasiya, raket, ordu, Azərbaycanın Müdafiə Nazirliyi, İlham Əliyev, Azərbaycan
Əlaqədar
Hərbi qulluqçuların buraxılış mərasimi keçirilib
Növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb
Hərbi zavodda partlayış oldu, 20 nəfər yaralandı
Hərbi bloqçudan qeyri-adi addım
Hərbi qulluqçulara şad xəbər - Prezident sərəncam verdi
Azərbaycan ordusu hərəkətə gətirildi: 30 min əsgər, 250 tank, 200 raket