Yaponiyada turizm

Beynəlxalq təşkilat açıqladı: Birinci yerdə Yaponiya, ikincidə Azərbaycan

509
(Yenilənib 23:57 14.04.2017)
Azərbaycan səyahət və turizm sektorunda rəqabətədavamlılıq indeksinə görə top-15 siyahısında yalnız Yaponiyadan geri qalır

BAKI, 14 apr – Sputnik. Dünya İqtisadi Forumu  (World Economic Forum — WEF) 2017-ci il üçün dünya ölkələrinin səyahət və turizm sahəsində rəqabətədavamlılığına dair hesabatını (Travel & Tourism Competitiveness Report 2017) təqdim edib. 

Sputnik Azərbaycan WEF-in saytına istinadla xəbər verir ki, 2016-cı ildə səyahət və turizm sənayesinin qlobal iqtisadiyyatda payı böyük olub — $ 7,6 trilyon. Bu, qlobal ÜDM-in 10,2%-i deməkdir. Bu, həm də dünyada 292 milyon iş yeri deməkdir. Dünyada hər işləyən 10 nəfərdən biri səyahət və turizm sahəsində çalışır. 

Bu rəqəmlərin qarşıdan gələn onilliklərdə inanılmaz dərəcədə artacağı gözlənilir. Turizmin inkişaf etdiyi ölkələrin iqtisadi artım əldə etmək, əlavə iş yerləri yaratmaq, milli və regional inkişafı təmin etmək potensialı var. 

Bəs hansı ölkələr bütün bu imkanlardan yararlanmaq üçün ən yaxşı mövqeyə malikdir? 

Hər iki ildən bir Dünya İqtisadi Forumu 136 ölkənin səyahət və turizm sahəsindəki rəqabətədavamlılıq reytinqini və imkanlarını müəyyən edir. WEF-in hazırladığı builki top-10 indeksində bu ölkələr yer alıb: İspaniya, Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya, Birləmiş Ştatlar, Avstraliya, İtaliya, Kanada, İsveçrə.

Tarixən səyahət və turizm ölkələri Şimal ölkələri sayılırdı. Onlar turizmin inkişafına daha çox önəm verirdilər. Amma zaman keçdikcə, bu reallıq dəyişməyə başlayır. Gələn onillikdə Afrika, Yaxın Şərq, Asiya-Sakit okean hövzəsi ölkələrinə səyahət edənlərin sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. 

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr turizm bazarında böyük mənbələrə çevrilir, həm də daha cəlbedici görünməyə başlayırlar. Bu ölkələr getdikcə səyahət və turizm sektoruna yerləşir və rəqabət mühitini yaxşılaşdırmağa can atırlar. “Travel & Tourism Competitiveness Report 2017” nəşri turizmin ən çox inkişaf etdiyi, rəqabətədavamlı top-12 ölkə ilə yanaşı, turizm sektorunu ən yaxşı təkmilləşdirmiş ölkələrin də top-15 siyahısını müəyyən edib. Hesabata görə, bu ölkələr öz rəqabət gücünü artıracaq, onlarda səyahət və turizm sahələrini inkişaf etdirmək tendensiyası davam edəcək.

Bu top-15-də Azərbaycan üstün mövqedə — 2-ci yerdə qərarlaşıb. Səyahət və turizm sektorundakı qlobal mövqeyi 71-ci olan Azərbaycan, bu il 6,36%-lik dəyişikliyə nail olub. Ümumilikdə Azərbaycanda səyahət və turizm sektorundakı rəqabətədavamlılığın dəyişiklik indeksi +13-dür. Bu, top-15 siyahısında yer alan ölkələrin hamısından, hətta 1-ci yerdə qərarlaşan Yaponiyadan da yüksək mövqedir.

509
Teqlər:
səyahət və turizm, turizm, Yaponiya, Azərbaycan, World Economic Forum, Dünya İqtisadi Forumu
Əlaqədar
"Turizm cənnəti" turistlər üçün cəlbediciliyini itirir
Azərbaycan Turizm Şurasının tərkibi təsdiqlənib
Azərbaycanda turizm və gizli turizm barədə acı həqiqətlər
“Turizm haqqında” qanun layihəsi müzakirə edilib
Azərbaycan Beynəlxalq Turizm yarmarkasında təmsil olunub