Yağışlı hava

Ölkə ərazisində şaxta gözlənilir - xəbərdarlıq

2140
Aprelin 15-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 14 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, aprelin 14-dən 15-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxacaq.

Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-12, gündüz 16-20, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 15-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi- meteoroloji proqnoza gəlincə: Aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

2140
Teqlər:
yağmursuz, dəyişkən buludlu, atmosfer təzyiqi, hava şəraiti, Abşeron yarımadası, temperatur, Bakı, yağış
Əlaqədar
Qeyri-sabit hava şəraiti davam edəcək
Sabaha hava xəbərdarlığı: yağış, şimşək, qar
Gecə hava dəyişəcək
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi
Bu rayonlarda hava yenidən dəyişəcək
Sabah havanın necə olacağından xəbəriniz var?
Gözlənilən hava şəraiti ilə bağlı son xəbər