ABŞ dolları

"Qara bazar"da dollar sürətlə bahalaşır

1124
Hazırda dollar almaq istəyənlər bazara dollar çıxaranlardan xeyli çoxdur

BAKI, 14 apr — Sputnik. Son iki gündə "qara bazar"da dollar sürətlə dəyər qazanmaqda davam edir. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.65 manatdan 1.68 manata, satışı isə 1.67 manatdan 1.69 manata qədər yüksəlib. Bu isə 2 gündə dolların 3,7%-dək bahalaşması deməkdir.

"Qara bazar"dan verilən məlumatda dolların bahalaşması dollara tələbatın artması ilə əlaqələndirilib: "Hazırda dollar almaq istəyənlər bazara dollar çıxaranlardan xeyli çoxdur. Dollara tələb artdığı üçün kursu artırmışıq". Banklarda isə dolların kursu hazırda 1.6180-1.7300 manat arasında dəyişir.

1124
Teqlər:
"qara bazar", satış, valyuta, manat, dollar
Əlaqədar
Manat dollara qarşı bu səviyyədə sabitləşdirilir
Dollar sabah bu qiymətə olacaq
Manatı ucuzlaşdıran bankların sayı artır: dollar bahalaşdı
Dolların sabaha məzənnəsi belə oldu
Dollardan qəfil yüksəliş: məzənnələr qalxdı
Dolların sabaha olan məzənnəsi açıqlandı
Dollar bir qədər də ucuzlaşdı