ABŞ dolları

Manatı ucuzlaşdıran bankların sayı artır: dollar bahalaşdı

900
(Yenilənib 11:40 13.04.2017)
Kommersiya banklarında dolların alış-satış qiymətlərinin daha da yüksəlməsi müşahidə olunur

BAKI, 13 apr — Sputnik. Bu gün səhər saatlarında Azərbaycanın bir sıra kommersiya banklarında dolların alış-satış qiymətlərinin daha da yüksəlməsi müşahidə olunur. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, hazırda ABŞ valyutasının yerli banklarda ən sərfəli alış qiyməti 1.6750 manata, satış isə 1.6900 manata bərabərdir. Belə ki, dünən axşam saatlarında "Günaybank" dolları 1.6840 manata alıb, 1.6900 manata satırdı, indi bu göstəricilər müvafiq olaraq 1.6750 və 1.7050 manat təşkil edir.

"Amrahbank" həmçinin alışı 0.5 qəpik, satışı 1 qəpik bahalaşdırıb: alış — 1.6450 manatdan 1.6500 manatadək, satış — 1.6950 manatdan 1.7050 manatadək. "Bank Avrasiya" da dolları bahalaşdıran banklar siyahısına daxil olub. Bu bank dolların alış məzənnəsini 1.6590 manatdan 1.6700 manatadək, satışı isə 1.7000 manatdan 1.7250 manatadək bahalaşdırıb.

Dünən axşam saatları ilə müqayisədə "Nikoil bank" dolların yalnız alış qiymətini bahalaşdırıb: 1.6600 manatdan 1.6650 manatadək.

900
Teqlər:
alış, kommersiya bankları, satış, Azərbaycan, dollar
Əlaqədar
Dolların sabaha məzənnəsi belə oldu
Dollardan qəfil yüksəliş: məzənnələr qalxdı
Dolların sabaha olan məzənnəsi açıqlandı
Dollar bir qədər də ucuzlaşdı
"Qara bazar"da dolların yeni çöküş dövrü başlayıb
Dolların məzənnəsi açıqlandı

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

12
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

12