Temperatur sıfır dərəcəyə düşəcək

© vestifinanceSoyuq Hava kütlələri
Soyuq Hava kütlələri - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

BAKI, 12 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Yağışlı hava - Sputnik Azərbaycan
Yenə xəbərdarlıq: kəskin hava şəraiti bu tarixədək davam edəcək

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 12-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0