Azərbaycanda uşaq cinayətlərinin statistikası açıqlandı

© Photo : ikatar.livejournal.comГрабитель, фото из архива
Грабитель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Keçən il 14-17 yaşlı uşaqlar tərəfindən törədilən 442 cinayət hadisəsi qeydə alınıb

BAKI, 11 apr — Sputnik. Keçən il 14-17 yaşlı uşaqlar tərəfindən törədilən 442 cinayət hadisəsi qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, 14-17 yaşlı uşaqlar tərəfindən qrup şəklində 110 cinayət hadisəsi törədilib. Qrup şəklində törədilən daha 282 cinayət hadisəsi zamanı isə 14-17 yaşlı uşaqların da iştirakı qeydə alınıb. Bundan əlavə, 14-17 yaşlı uşaqlar sərxoş vəziyyətdə 6 cinayət hadisəsi törədiblər. Narkotik vasitələrin və digər güclü təsir edən maddələrin təsiri altında, əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş 14-17 yaşlı uşaqlar tərəfindən isə daha 27 cinayət hadisəsi törədilib.

Xəbər lenti
0