CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qara bazar"da dolların yeni çöküş dövrü başlayıb

© Sputnik / Anar MustafayevDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında dolların alışı 1.63 manata, satışı isə 1.6400-1.6450 manata düşüb

BAKI, 11 apr — Sputnik. Son bir neçə gündə dollar "qara bazar"da ucuzlaşmaqda davam edir. Hər gün ABŞ valyutası manat qarşısında minimum 1 qəpik dəyər itirir. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, aprelin 11-də səhər saatlarında dolların alışı 1.63 manata, satışı isə 1.6400-1.6450 manata düşüb.

Qeyd edək ki, ötən gün səhər saatlarında "qara bazar"da dollar 1.6500 manata alınıb, 1.6600 manata satılırdı. Bankların məzənnəni aşağı salması ilə xarici valyuta günün ikinci yarısında 1.6400-1.6500 manata düşmüşdü. Ümumilikdə isə "qara bazar"da dollar bir gündə 1,2% ucuzlaşıb.

Xəbər lenti
0