Sabaha hava xəbərdarlığı: yağış, şimşək, qar

Abunə olmaq
Aprelin 10-da paytaxtda yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

BAKI, 9 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 10-da arabir yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Bakıda yağış - Sputnik Azərbaycan
Gecə hava dəyişəcək

Hava günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Xəbər lenti
0