Ziya Bünyadov prospekti

Gecə bu prospekt bağlı olacaq

35
(Yenilənib 17:10 08.04.2017)
Bu gün axşam saat 22:00-dan başlayaraq Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsindən "Koroğlu" metrostansiyası istiqamətinə doğru olan hissəsində təmir işləri aparılacaq

BAKI, 8 apr — Sputnik. "Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, anoloji işlər bu gün axşam saat 22:00-dan başlayaraq Ziya Bünyadov prospekti — "20 Yanvar" dairəsindən "Koroğlu" metrostansiyası istiqamətinə doğru olan hissəsində aparılacaq.

Qeyd edək ki, rənglənmə işləri səhər saatlarında yekunlaşdırılacaq. Bu üzdən "Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.

35
Teqlər:
avtonəqliyyat vasitələri, Ziya Bünyadov prospekti, "20 Yanvar dairəsi", "Azəravtoyol" ASC
Əlaqədar
Yol kənarında olan obyektlər götürüləcək?
Bu küçədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bakının mərkəzi küçələrində bu gecə təmir işləri aparılacaq
Bakının bu küçələri də bağlanır
Mayın 1-dən 25-nə kimi bu küçələrə çıxmayın
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Putin Lukaşenko 33 rusiyalının saxlanılmasını müzakirə ediblər

1
Yaranan vəziyyətin iki ölkə arasında əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə əminlik ifadə edildi.

BAKI, 7 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin telefonla Belarusdan olan həmkarı Aleksandr Lukaşenko ilə respublikada 33 Rusiya vətəndaşının saxlanılmasını müzakirə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Yaranan vəziyyətin iki ölkə arasında əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə əminlik ifadə edildi", - deyə Kremlin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, Moskva Belarusda sabit ölkədaxili vəziyyətin saxlanılmasında və sakit mühitdə prezident seçkilərinin keçirilməsində maraqlıdır.

Bu arada, Belarus Prezidentinin mətbuat xidməti vurğulayıb ki, ölkə başçıları vəziyyəti "ən ciddi şəkildə həll etməyə çalışırlar".

"Prezidentlər yaranmış vəziyyətin əsl səbəblərini müəyyən etmək, günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək üçün mövcud olan hər bir faktı mümkün qədər əsaslı və hərtərəfli şəkildə öyrənməyə dair razılığa gəldilər", - deyə rəsmi Minskin yaydığı məlumatda bildirilir.

1
Mingəçevirdə tapılan filin qalıqları

Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi

19
(Yenilənib 16:05 07.08.2020)
Azərbaycanda bitən bu ağacdan tüfəng qundağı düzəltmək üçün 67 il əvvəl rus əsgərləri onu kəsib Tula şəhərinə göndəriblər

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Mingəçevirdə suyun altından daşlaşmış ağac parçası tapılıb. Suda çürümədən illərlə qalıb daşa dönən ağac qalığı Mingəçevir su anbarının ərazisində aşkarlanıb. Anbarda suyun azalması nadir tapıntını üzə çıxarıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət edən Mingəçevir şəhər sakini, ixtisasca rəssam heykəltəraş olan Böyükkişi Adilbəyli ölkədə ilk dəfə olaraq belə bir ağac qalığının tapıldığını iddia edib. O, daşlaşmış ağacın necə tapıldığından danışıb: “Yaxın dostlarım anbarın ətrafında ocaq qalayan zaman onu aşkarlayıblar. Bu zaman daşlaşmış ağac parçası ağır olması və yanmaması ilə onların diqqətini çəkib. Gətirib mənə verdilər, gördüm ki, unikal tapıntıdır. İnternetdə araşdırma apardım, qarşıma daşlaşmış ağacın yalnız Amerikanın Arizona ştatında tapıldığı çıxdı. Ölkəmizdə bu bir ilkdir”.

B.Adilbəyli ağacın çürüməməsini isə oksigenin təsirinə məruz qalmaması ilə izah edib. Onun fikrincə, ağac hava görmədiyindən daşlaşıb. O, ağacın tapıldığı əraziyə gedib onun digər qalıqlarını da aşkarlamaq fikrindədir.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Şəhər sakini ağacın növündən də danışıb: “Mənim bildiyimə görə, hazırda su anbarının altında qalan Samux ərazisində saxsı (saqqız) deyilən ağaclar bitib. Bu daşlaşmış ağac da həmin bitkinin qalıqlarındandır. Bu ağaclar çox möhkəm olur. Hətta eşitdiyimə görə, su anbarı tikilən zaman Kür çayının qarşısı kəsiləndə (1953-cü ildə) Samux meşəsində bu ağaclardan lap çox olub. Bu zaman rus əsgərləri həmin ağacları kəsib, nömrələyərək Rusiyanın Tula şəhərinə tüfəng qundağı düzəltmək üçün göndəriblər”.

Tapılan daşlaşmış ağac parçasının çəkisi 3 kq-dan artıq, uzunluğu 40 sm, eni 12, qalınlığı isə 5 sm-ə yaxındır. Rəssam heykəltəraş Böyükkişi Adilbəyli su anbarından tapılan eksponatın araşdırılması üçün mütəxəssislərə müraciət edib: “Onsuz da bunu gələcək nəsillərin görməsi üçün ekologiya və ya digər muzeylərdən birinə təqdim edəcəm. Azərbaycanın zəngin flora və faunasının olduğunu göstərəcəm. Amerikanın Arizona ştatında böyük bir sahədə muzey yaradıblar və ora gələnlər bir nəfər üçün 20 dollar pul ödəyirlər ki, ağac eksponatlara baxsınlar. Bu eksponatlar artıq Azərbaycanda mövcuddur”.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Qeyd edək ki, Mingəçevir su anbarının ərazisində bir neçə il öncə də maraqlı eksponatlar tapılıb. Onlar arasında cənub filinin, digər nəhəng heyvan sümüklərinin qalıqları aşkarlanıb. Hazırda həmin əşyalar Mingəçevirdə yerləşən muzeylərdə qorunur.

19