Meşədə meymunlarla yaşayan qız kimdir?

© day.az / Mediabanka keçidHindistanda meymunlarla yaşayan qız
Hindistanda meymunlarla yaşayan qız - Sputnik Azərbaycan
Abunə olmaq
Meymunlar xilasedicilərə hücum edərək uşağı onların əlindən almaq istəyiblər

BAKI, 6 apr — Sputnik. Hindistan polisi meşədə meymunlarla yaşayan qızın şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, sözügedən qızı xilasedicilər bu ilin yanvar ayında Hindistanın şimalındakı meşəliklərdən tapıblar.

10-12 yaşlarında olan qız özünü heyvan kimi aparır: dördayaqlı kimi gəzir, əyninə paltar geyinmir, döşəmədə yatır.

O, həmçinin danışa da bilmir. Xilasedicilər qızı meşədən götürməyə çalışanda, meymunlar hücum edərək uşağı onların əlindən almağa çalışıblar.

Hazırda qız xəstəxanadadır. Polis qızın valideynlərinin kim olduğunu və onun meşəyə necə gedib çıxdığını müəyyənləşdirməyə çalışırlar.

Xəbər lenti
0