Boş qalmış bank ofisi. Arxiv şəkli

Bu bankların filialları poçt şöbələri bağlandı

646
MBNP daha 2 bankın filiallarının və "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinin maliyyə xidməti fəaliyyətinin ləğv edilməsi ilə bağlı qərar verib

BAKI, 6 apr — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) daha 2 bankın filiallarının və "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinin maliyyə xidməti fəaliyyətinin ləğv edilməsi ilə bağlı qərar verib. Sputnik Azərbaycan xəbər verir ki, qərarla "Bank VTB" (Azərbaycan) ASC-nin "Azadlıq" və "Sumqayıt" filialları və "NİKOYL İKB" ASC-nin "Masallı" filialına verilmiş icazələr ləğv olunub.

Banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib. Palatanın Direktorlar Şurası "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq bu qərarı verib.

Direktorlar Şurasının iclasında həmçinin "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazəsinin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib. Palata "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.5.4-cü maddəsinə əsasən, "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 26.08.2010-cu il tarixli 1-MO/Ş-149 saylı icazənı ləğv edib.

646
Teqlər:
qərar, icazə, poçt şöbəsi, ləğv, "Azərpoçt" MMC, filial, bank, Maliyyə Bazarlarına Nəzarət Palatası
Əlaqədar
Azərbaycan bankları dollardan imtina etdi
Mərkəzi Bankın valyuta ehtiyatları açıqlandı
Bank sektorundakı acı həqiqətlər deputatların sərt etirazına səbəb oldu
Banklar əhaliyə qarşı ciddi qanunsuzluğa əl atır — 1 faiz qalmaqalı
23 bankdan dollarla bağlı mühüm qərar
Mərkəzi Bankdan kommersiya banklarına sərt təlimat
mikrofon

Əfsanəvi duet ortaqları yenidən bir araya gəliblər

4
Musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Akif İslamzadənin də yer aldığı klip insanların marağına səbəb olub

BAKI, 30 noyabr — Sputnik. Məşhur estrada müğənnisi Akif İslamzadə və Xalq artisti Brilliant Dadaşovanın 35 il sonra yenidən bir araya gəliblər.

Sputnik Azərbaycan xəbər verir ki, musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Xatırladaq ki, Brilliant Dadaşova üçün özəl xatirəsi olan bu mahnı onun böyük səhnədəki ilk ifalarından sayıla bilər.

Belə ki, hələ 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxan sənətçinin Akif İslamzadə ilə bu dueti Azərbaycanda çox böyük marağa səbəb olub.

4
Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova, arxiv şəkli

Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib

3
(Yenilənib 11:37 30.11.2020)
Tahir Salahov həyat yoldaşı haqqında qüsurları olmayan ideal bir insan olduğunu deyirdi. Fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr etmişdi

BAKI, 30 noyabr — Sputnik. İqor Moiseyev Dövlət Ansamblının keçmiş solisti, dünya şöhrətli sənətkar Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova Bakıda vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Muzey Mərkəzinin direktoru, Rəssamlar İttifaqının üzvü, əməkdar mədəniyyət işçısı Liana Vəzirova özünün "facebook" səhifəsində deyib.

Tahir Salahov həyat yoldaşı haqqında qüsurları olmayan ideal bir insan olduğunu deyirdi. Fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr etmişdi.

Qeyd edək ki, bu gün ali dövlət ordenləri və beynəlxalq mükafatların sahibi, iki dəfə Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ və Rusiya Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycan, Rusiya, SSRİ Xalq rəssamı Tahir Salahov ad gününü qeyd edir, onun 91 yaşı tamam oldu.

3
Teqlər:
həyat yoldaşı, Vəfat, xalq rəssamı