Şəhid

"Murov qartalı"nın şəhid olmasından bir il keçdi

126
(Yenilənib 00:51 06.04.2017)
Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

BAKI, 5 apr-Sputnik. Sumqayıt Şəhər İcra Hakimiyyəti Şəhidlər Xiyabanında ötən ilin aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, digər dövlət rəsmiləri, mərhumun ailə üzvləri və döyüş yoldaşları, digər şəhid ailələri iştirak edib.

Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən  Ombudsman 2016-cı ilin aprelində işğalçı Ermənistan ordusunun hücumunun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri qısa müddətdə həyata keçirdiyi sürətli əks həmlə zamanı qəhrəmancasına həlak olmuş "Murov qartalı" adını qazanmış R.Orucovun döyüşlərdə göstərdiyi şücaətini xüsusi vurğulayıb.

O, qeyd edib ki, həmin dövrdə dövlət başçısı və xanımı Mehriban Əliyevanın təmas xəttinə səfəri yerli sakinlərlə yanaşı, bütün xalqımızda və ordumuzda ruh yüksəkliyini, böyük qələbəyə inamını daha da artırıb.

Burada o da qeyd olunub ki, bu günlərdə Prezident aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə, Birinci vitse-prezident isə həmin döyüşlər zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşüb. Bu da xalqımız tərəfindən yüksək dəyərləndirilib.

Ombudsman Azərbaycan xalqının Raqufu və Vətənimiz uğrunda canlarından keçən bütün oğulları heç vaxt unutmayacağını, onların vətənpərvərliyinin gənclərə və gələcək nəsillərə örnək olduğunu söyləyib. 

Tədbirdə digər dövlət rəsmiləri də aprel döyüşlərində igid kəşfiyyatçının göstərdiyi qəhrəmanlıq haqqında fikirlərini bildiriblər.

Raquf Orucovun ailə üzvləri adından çıxış edən qardaşı Zabil Orucov onun şəhidlik zirvəsinə yüksəlməsi ilə fəxr etdiklərini və ailələrinə göstərilən dəstəyə, qayğı və diqqətə görə başda Ali Baş Komandan, cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.

Sonda şəhidin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

126
Teqlər:
Sumqayıt Şəhər İcra Hakimiyyəti, ombudsman, Mehriban Əliyeva, Şəhidlər Xiyabanı, İlham Əliyev, şəhidin anma mərasimi, Elmira Süleymanova, Sumqayıt
Əlaqədar
Azərbaycan ordusu şəhid verdi
15 iyul Şəhidlərin Anım Günü kimi qeyd olunacaq
"Aprel zəfəri ordu ilə xalq birliyinin təntənəsinə çevrildi"
Aprel döyüşlərinin ildönümü ilə bağlı hərbi-vətənpərvərlik tədbirləri keçirilir
Prezident aprel qələbəsi ilə bağlı hərbçilərlə görüşüb
Lourens Ferlinqetti, arxiv şəkli

Dünyanın ən qocaman şairi vəfat edib

2
(Yenilənib 22:41 24.02.2021)
Otuzdan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.

30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

2
Kimsəsiz insanlar, arxiv şəkli

Yolda qalanlar üçün isinmə çadırları quraşdırılıb

4
(Yenilənib 22:39 24.02.2021)
Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm isti yemək yeyə, həm də dincələ bilirlər.

BAKI, 24 fevral — Sputnik. Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün quraşdırılan çadırlardan biri Nərimanov rayonu ərazisindəki Nərimanov parkındadır. Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çadırların quraşdırılması Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm isti yemək yeyə, həm də dincələ bilirlər.

Qeyd edək ki, çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edirlər. Bu çadırlar Yasamal, Nərimanov, Binəqədi, Sabunçu və Xəzər rayonları ərazisində quraşdırılıb.

4