Bakı Heydər Əliyev prospekti

Bakının bu küçələri bağlanır

20
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur

BAKI, 4 apr — Sputnik. "Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəfərlinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bununla əlaqədar olaraq bu gün saat 11:00-dan axşam saatlarınadək Səbail rayonu, Bayıl dairəsi — Bibiheybət yolu, həmçinin Heydər Əliyev prospektinin Böyük Şor və Sabunçu yol qovşaqlarında avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.

20
Teqlər:
hərəkətin tənzimlənməsi, avtonəqliyyat vasitələri, Bakı şəhəri, "Azəravtoyol" ASC, küçə
Əlaqədar
Mayın 1-dən 25-nə kimi bu küçələrə çıxmayın
Paytaxtda daha bir mərkəzi küçə təmirə bağlanır
Bu şəhərdə kimsədən küçə adı soruşmayın
Paytaxtda küçələri də zəbt etməyə başlayıblar
Manat, arxiv şəkli

Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? partiya rəsmiləri açıqlayır

5
(Yenilənib 00:33 22.01.2021)
“Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilə dair gəlirləri və xərclərini açıqlayıb. Ötən il YAP-ın gəlirləri 12 288 708 manat olub. Qeyd edək ki, “Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Bəs dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlılığa nə qədər önəm verir və vəsaitlər nəyə xərclənir? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə partiya rəsmisinin fikirlərini öyrənib.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, təmsil olunduğu partiya “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq hər ilin yekununda maliyyə hesabatını açıqlayır.

O bildirib ki, YAP-ın fəaliyyəti tamamilə şəffafdır:

“Yığılan üzvlük haqları və qəbul edilən vəsaitlər partiyanın saxlanmasına, müxtəlif tədbirlərin keçirilməsinə, eyni zamanda vaxtaşırı təşkil edilən humanitar fəaliyyətlərə sərf olunur. Partiyamızın rəhbəri ölkə başçısıdır və onun fəaliyyətindəki şəffaflıq rəhbərlik etdiyi partiyanın fəaliyyətində də özünü göstərir. YAP ölkəmiz üçün aktual olan bütün məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoyur. Dövlət quruculuğu, seçkilər və cəmiyyətin maarifləndirilməsində öz üzərinə düşən vəzifələri yerinə yetirir”.

Hazırkı parlamentdə YAP-dan sonra ən çox millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, rəhbərlik etdiyi partiya əsasən dövlət büdcəsi hesabına maliyyələşir və əlavə gəlir mənbəyi yoxdur. O bildirib ki, ayrılan vəsait partiyanın icra aparatının saxlanmasına sərf edilir. Sədr qeyd edib ki, partiya yarananda üzvlük haqqı toplamaq ənənəsi olmayıb və indi də yoxdur: “Partiyamızın böyük gəlirləri yoxdur. Bununla belə büdcədən ayrılan vəsaitin hesabına müəyyən humanitar aksiyalarda iştirak edirik. Ehtiyac olsa, partiyamız gəlirlər və xərclərlə bağlı hesabatı açıqlaya bilər”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, sədrlik etdiyi partiyanın hesabatı yaxın müddətdə hazırlanıb, təqdim ediləcək: “Partiyaların hesabatlı olmasına müsbət yanaşırıq. Bizim partiyamız ilkin hesabat təqdim edən partiyalardandır və bununla bağlı hər hansı problem yoxdur”. Vəsaitin yetərliliyi haqqında sualımıza cavabında partiya sədri bildirib ki, dövlət tərəfindən ayrılan vəsait yetərincədir və onu da partiyanın inkişafı üçün sərf edirlər.

“Eyni zamanda partiyamızda üzvlük haqları toplanır ki, bu da partiyamız üçün kifayət edir”, – deyə partiya sədri qeyd edib.

5
Qarabağ Azərbaycandır! yazısı

Nostalgiyanın sonu: Biz qayıdırıq

20
(Yenilənib 00:30 22.01.2021)
Vətən müharibəmiz başlamadan Qarabağ hamımız üçün əlçatmaz, nolstalgiya hissi yaradan uzaq İtaka adası kimi idi...

Vətən müharibəmiz başlamadan Qarabağ hamımız üçün əlçatmaz, nolstalgiya hissi yaradan uzaq İtaka adası kimi idi...

Savaş başladı.

Yaşadığımız rahat həyatın, komfortun unutdurmadığı o dağlar, o kəndlər, o buz bulaqlar, o şəhərlər üçün göz qırpmadan silahlanıb yola düşdük.

Bu savaşda nə qədər itkilər versək də, bizi gözləyən yurd yerləri üçün səfərbər olduğumuzu unutmadıq.

Xalq olaraq birləşdik, bütövləşdik və yumruq olmağı bacardıq.а

Bu savaş haqq savaşı, bu xeyirin şərlə savaşı idi və bizi həsrətində olduğumuz, nostalgiya hissi ilə xatırladığımız uzaq İtakamıza – Qarabağımıza aparırdı..

Biz Odissey kimi inadkardıq...

***

Savaş bitdi.

Döyüşdük, qanımızla, canımızla, malımızla bu savaşdan xalq olaraq böyük üstünlüklə, zəfərlə çıxdıq.

Vətəninin gələcəyini düşünən hər kəsin narahat, nigaran olduğu məqamlar var, zamanla bu narahatlıqlar da bitəcək.

Azərbaycanlılar Qarabağa dönəcək.

İllərdir boğazımızda düyümlənən vətən nisgili, yurd-yuva həsrəti sona çatacaq.

İllərdir baş tutmayan dönüşün kədərini yaşayanlar, yəni nostalgiya yaşayanların arzusu gerçəkləşəcək.

***

Sözlərin gücünə, sözlərin ovsununa inanıram.

Məhz illərdir yaşadığımız bu kədərin ən yaxşı ifadəsini yunanlar yüz illər öncə tapıblar.

Nostalgiya iki mənada (qədim yunanca nostos ¬– vətənə qayıtmaq və "alqos"– ağrı) — vətən və doğma ev üçün kədərlənmək mənasında və "keçmiş üçün kədər" anlamında da işlədilir.

Qarabağa duyduğumuz nostalgiya hər iki mənanını ehtiva edir.

Biz həm vətənimiz, doğma evimiz, həm də keçmişimiz üçün kədərlənirdik. Məğlubiyyətin, şərə qarşı mübarizə itirdiklərimizin acısı canımızdan çıxmırdı.

Qarabağın işğaldan azad edilən ərazilərində çəkilmiş videoları, fotoları görəndə keçirdiyimiz o qəribə hissin məhz nostalgiya olduğunu anladım...

***

Nostalgiya semantik olaraq vətənə dönüşün mümkünsüzlüyünün səbəb olduğu hüznü ifadə edən bir kəlmədir; doğulub-böyüdüyü yerə qovuşmaq həsrəti, qürbət acısını bir kəliməylə açır.

Nostalgiya sözünün yaranışı Homerin "Odisseya"sı ilə bağlıdır. On il Troya müharibəsində iştirak edən Odissey, döyüşlərdə belə vətənə qayıtmaq arzusundaydı. O Doğulduğu İtaka adasına qayıtmaq həsrəti ilə yaşasa da, Tanrıların intiriqası onu üç il də vətəndən ayırdı. Sonra onu əsir alan və aşiq olan Kalipsonun qadağası onu yeddi il İtakadan uzaq saldı...

Nostalgiyadan əziyyət çəkən ilk əzabkeş Odissey Kalipsonun yanında nə qədər məmnun olsa da deyirdi: "...hər gün etdiyim yeganə dua ora(İtaka) dönmək, günəşin doğuşunu evimdə görməkdir!" (Homer, "Odisseya", Beşinci nəğmə)

***

30 ilə yaxındır bizim hamımızın içində Odissey nisgili vardı.

Homerin qəhrəmanı Odissey öz doğma adasına qayıdanda öncə dağlara boylandı, sonra iyirmi il əvvəlki halında qaldığına əmin olmaq üçün yaşıl zeytun ağacını tumarladı...

Doğulduğu yerlər işğaldan azad olunduqdan sonra, vətəninə, dağılmış, talan olunmuş evinə qayıtmış hərbçilərin sosial şəbəkələrdə yayımlanan videolarını yada salın.

Bizim Odisseylərimiz öz İtakasına – Qarabağına eyni həssaslıqla qayıdırdı...

Bizim həsrətin ömrü, Odisseyin həsrətindən daha uzun olduğu üçün, bəlkə də vüsalımız daha şirin və unudulmaz olacaq.

Odissey öz doğma İtakasına qayıdaraq nostalgiyadan qurtuldu.

Bizim Qarabağa dönüşümüz də, bizim nostalgiyamızın sonudur.

Vətənə qayıdışımız mübarək!

20