Eşşək

Eşşəklərin qənimi tutuldu

382
(Yenilənib 17:25 02.04.2017)
At və uzunqulaq əti satmaqla məşğul olan kənd sakini eyni əmələ görə yenidən tutulub

BAKI, 2 apr — Sputnik. Cəlilabad rayonunun Maşlıq kəndində at və uzunqulaq əti satmaqla məşğul olan kənd sakini Abbasov Saqif Tərlan oğlu eyni əmələ görə yenidən tutulub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları və Cəlilabad Rayon Baytarlıq İdarəsinin birgə keçirdiyi reyd zamanı S.Abbasovun fermasına baxış keçirilib.

Reyd zamanı onun fermada yenidən bir neçə at kəsdiyi məlum olub. Həmin ferma nəzarətə götürülüb və hadisə yerində xüsusi postlar qurulub.

Bir neçə gün öncə Abbasov Saqif Tərlan oğlunun fermasına baxış zamanı onun qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul olduğu aşkar edilmişdi.

382
Teqlər:
Cəlilabad Rayon Baytarlıq İdarəsi, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin, eşşək əti, at əti, at və eşşək əti satan adam tutuldu, Abbasov Saqif Tərlan oğlu, Cəlilabad rayonu
Əlaqədar
At ətini Bakıda mal əti adı ilə satırmış
Azərbaycan Moldovaya at əti ixrac edəcək
Şəkidə qanunsuz at əti satışının qarşısı alınıb
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

9
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

9
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

8
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

8