Kök adam

ABŞ alimləri: Köklük yaşlılar üçün faydalıdır

88
(Yenilənib 00:24 02.04.2017)
50 yaşından sonra ideal bədən quruluşuna can atmaq məsləhət görülmür

BAKI, 1 apr — Sputnik. Kök olmağın yaşlı insanlara xeyri varmış.
ABŞ mütəxəssisləri bu qənaətə gəliblər ki, insanın yaşlandıqca topladığı artıq çəki onun ömrünü 15 il uzada bilər.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, herontoloqların fikrincə, bədənin kütlə indeksinin artması orqanizmin özünəməxsus müdafiə mexanizmidir.

Həkimlərin sözlərinə görə, 60 yaşından sonra artıq çəkisi olan adamlarda vaxtsız ölüm riski arıq yaşıdlarına nisbətən daha azdır.

Buna görə də 50 yaşından sonra ideal bədən quruluşuna can atmaq məsləhət görülmür.

88
Teqlər:
artıq çəki, köklük, Amerika, ABŞ
Əlaqədar
Kök adamlara pis xəbər
“Kök adam”ın Naqasakini yerlə-yeksan etdiyi gün
Piylənmə bəlasının çarəsi tapıldı
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

13
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

13
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Hərbi təyyarə qəzası

Ukraynada hərbi təyyarə qəzaya uğradı, xeyli ölən var - VİDEO

16
(Yenilənib 23:25 25.09.2020)
İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.  

BAKI, 25 sentyabr — Sputnik. Ukraynanın Xarkov vilayətində Ан-26 hərbi təyyarəsi qəzaya uğrayıb. Qəzada 22 nəfərin öldüyü, 2-nin sağ qaldığı bildirilir. 4 nəfərin taleyindən xəbər yoxdur. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Ukrayna Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, təyyarənin göyərtəsində 23 nəfər olub. Onlardan 18-i kursant, beşi isə ekipaj üzvü olub.

​“Bu axşam Xarkov vilayətində Ukrayna SQ-yə məxsus Ан-26 təyyarəsi qəzaya uğrayıb. Təyyarə eniş zamanı qəzaya düşüb. Ekipaj üzvlərindən başqa, göyərtədə Ukrayna SQ Hərbi Hava Qüvvələrinin Xarkov Universitetinin kursantları da olub. Yaralı və həlak olanlar var, məlumat dəqiqləşdirilir”, - komandanlıq Facebook-da məlumat yayıb.  

Xarkov vilayət başçısı Aleksey Kuçer bildirib ki, qəzadan sağ çıxanlar da var.

İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.  

​057.ua nəşri yazır ki, təyyarə təlim uçuşunda imiş.

Hadisə yerində xilasedicilər işləyirlər.

16
Teqlər:
ölüm, kursant, qəza, Ан-26 təyyarəsi, Ukrayna