Yanğın

"Binə" ticarət mərkəzində vətəndaşların malları yanıb

47
(Yenilənib 16:20 01.04.2017)
Mağazaların yanar konstruksiyaları və içindəki mallar yanıb

BAKI, 1 apr-Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) "Binə" ticarət mərkəzində baş vermiş yanğın barədə məlumat yayıb.

Sputnik Azərbaycan FHN-ə istinadla xəbər verir ki, Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, digər vətəndaşlara məxsus ümumi sahəsi 216 m2 olan geyim mağazalarının tavanları ümumilikdə 22 m2 sahədə yanıb.

Mağazaların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

47
Teqlər:
Binə Ticarət Mərkəzi, Yanğın, Fövqəladə Hallar Nazirliyi, Bakı
Əlaqədar
"Binə" ticarət mərkəzi yenə yandı
"Binə" ticarət mərkəzində qeyri-adi oğurluq
"Binə" Ticarət Mərkəzini partlatmaq istəyən kamikadze kimdir?
Binə Ticarət Mərkəzinin rəhbərinə qarşı dələduzluq ittihamı
“Binə” ticarət mərkəzi icarəyə verilir