SHACMAN qəza

Türkiyə vətəndaşı Azərbaycanda qəza törətdi, südsatan öldü

102
(Yenilənib 23:45 30.03.2017)
O, Şabranın kəndlərindən süd toplayaraq Bakı şəhərində satırmış

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Xızı rayonunun Yaşma kəndində Türkiyə vətəndaşı Uyğun Ahmed Kadırın idarə etdiyi MAN və Şabran şəhər sakini Tərlan Dadaşovun idarə etdiyi VAZ-21063 markalı avtomobillər toqquşub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Tərlan Dadaşov Şabran rayonunun kəndlərindən süd toplayaraq Bakı şəhərində satırmış. Hadisə o işdən evinə qayıdan zaman baş verib.

Tərlan Dadaşov hadisə yerində ölüb, onun avtomobilindəki iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

102
Teqlər:
Türkiyə vətəndaşı, Şabran rayonu, Daxili İşlər Nazirliyi, Türkiyə, qəza, qəza, Xızı rayonu
Əlaqədar
Dəhşətli qəza ilə bağlı daha bir fakt
Avtomobili qaçıraraq qəza törətdi
Qadın sürücü ağır qəza törətdi
Bakı-Quba yolunda qəza nəticəsində üç nəfər ölüb