İslam Həmrəyliyi Oyunları və Azərbaycan Hava Yolları QSC (Qapalı Səhmdar Cəmiyyəti) arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb

İslam Həmrəyliyi Oyunlarının yeni tərəfdaşı məlum oldu

17
(Yenilənib 16:42 30.03.2017)
4-cü İslam Həmrəyliyi Oyunlarının yeddinci tərəfdaşı da bilindi

BAKI, 30 mart — Sputnik. 30 mart 2017-ci il tarixində 4-cü İslam Həmrəyliyi Oyunları və Azərbaycan Hava Yolları QSC (Qapalı Səhmdar Cəmiyyəti) arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb. Bu barədə Sputnik Azərbaycan-a İslam Həmrəyliyi Oyunlarının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın aparıcı hava şirkətlərindən biri olan, Azərbaycan Hava Yolları QSC (AZAL), 19 ölkədə 40 istiqamət üzrə uçuşlar təşkil edir.  

Xatırladaq ki, BP, Red Bull, Milla, Fresco, Microplus və iTicket də Bakı 2017 Oyunlarının tərəfdaşlarıdır. 

İmzalanmadan sonra çıxış edən IV İslam Həmrəyliyi Oyunları Əməliyyatlar üzrə baş icraçı direktoru Mayk Loynd mötəbər idman tədbirlərində avia şirkətlərin əsas tərəfdaşlardan biri olduğunu qeyd edərək, AZAL şirkətinin Azərbaycanda keçirilən idman tədbirlərinin bir hissəsi olmasının vacibliyini vurğulayıb. 

17
Mövzu:
IV İslam Həmrəyliyi Oyunları (21)