Bakıda avtobus

Paytaxt əhalisinin diqqətinə: bütün avtobuslar kart sisteminə keçir

2385
(Yenilənib 18:37 29.03.2017)
2018-ci ilin ilk 3 ayında bu prosesin başa çatması gözlənilir

BAKI, 29 mart — Sputnik. Bakıda sərnişindaşıma üzrə fəaliyyət göstərən bütün avtobusların kart sisteminə keçəcəyi müddət açıqlanıb. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli jurnalistlərə deyib ki, hazırda bəzi sərnişin avtobusları standartlara cavab vermir: "Bunun üçün sərnişindaşımada fəaliyyət göstərən şirkətlər qarşısında şərt qoymuşuq ki, avtobuslar yenilənsin. Əgər yenilənməsə belə, həmin avtobusların xarici və daxili görkəmi dəyişməlidir. Avtobuslar yenilənəndən sonra onlarda da kart sistemi tətbiq ediləcək".

V. Kərimli bildirib ki, bu ilin sonu, 2018-ci ilin ilk 3 ayında bu prosesin başa çatması gözlənilir: "Həmin vaxtdan etibarən paytaxt daxilində bütün marşrutlar kart sisteminə keçəcək".

O əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma üzrə utilizasiya proqramını həyata keçirəcək: "Bu proqram, əsasən, sərnişindaşıma üzrə fəaliyyət göstərən şirkətlərin marşrutlara buraxdığı avtobusların yenilənməsi ilə bağlıdır. Bu gün Bakıda sərnişin daşıma ilə məşğul olan şirkətlərin bəzilərinin avtobusları standartlara cavab vermir. Biz həmin marşrutu da birdən- birə ləğv edib onlardan yeni avtobuslar tələb edə bilmirik. Ona görə də bu proqram çərçivəsində həmin köhnə avtobusların mərhələli şəkildə xətdən çıxarılmasını istəyirik. Sahibkarlar mərhələli olaraq avtobusları yeniləyəcək".

Baş direktor deyib ki, proqramın icrasına 2018-ci ilin ilk 3 ayı ərzində başlanacaq. Proqramın icra müddəti isə hələlik məlum deyil. Agentlik rəhbəri Bakıda qeyri-qanuni sərnişin daşıyan avtobusların olduğunu da vurğulayıb: "Hazırda Bakıda marşrut xətlərində 2100 avtobus fəaliyyət göstərir. Onlardan 2083-nə fərqlənmə nişanı verilib. Amma fərqlənmə nişanları almayan avtobusların olması barədə də məlumatımız var. Biz bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik".

2385
Teqlər:
Vüsal Kərimli, sərnişindaşıma, kart sistemi, Bakı Nəqliyyat Agentliyi, nəqliyyat, avtobus, Bakı
Əlaqədar
Turist avtobusu qəzaya uğradı: 16 yaralı
Bakıda sərnişin avtobusu qaçırılıb
Paytaxt avtobuslarında qorxunc mənzərə
Avtobus sürücüləri nəzarətə götürülüb
"Avtobus sürücülərini 8 saat əvəzinə 14-15 saat işlədirlər"
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni
Donald Tramp, arxiv şəkli

"Qayıdacam" - Tramp Evdən necə getdi - VİDEO

2
Bu gün Donald Tramp Ağ Evi tərk edib. Ancaq KİV-də dolaşan "Tramp daha prezident olmayacaq" iddialarına rəğmən, o qayıdacağına söz verib. Prezidenti Sinatranın ifası ilə yola salıblar

BAKI, 20 yanvar - Sputnik. Ağ Evi tərk edən ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarına "bu və ya başqa formada" geri dönəcəyini söz verib. 

"Sizi sevirik. Bu və ya başqa formada qayıdacağıq... Qoy hər işiniz yaxşı olsun. Tezliklə görüşənədək", - Vaşinqtonu tərk edib Floridaya uçmazdan əvvəl "Endryus" aviabazasında toplaşmış qohumları və tərəfdarları qarşısında çıxış edən Tramp deyib. 

​O, vitse-prezident Mayk Pensə və Konqresə xüsusi minnətdarlıq edərək birlikdə yaxşı işlədiklərini vurğulayıb. 

Bundan sonra o, ailəsinin yanına qayıdıb, qızı Tiffanini qucaqlayıb, təyyarəyə doğru yönələrkən isə qayıdaraq Ağ Evin sabiq başçısı Mark Midousun əlini sıxıb və fəxri qarovulun müşayiəti ilə prezident təyyarəsinə minib. Təyyarə havaya qalxanda isə aviabazada Frenk Sinatranın ifasında "My Way" (Mənim yolum) mahnısı səsləndirilib.

2
Teqlər:
tərk etmək, Ağ Ev, Donald Tramp