Qəzaya uğramış avtomobil

Maşını aşırdı, gənc qız həyatını itirdi

109
(Yenilənib 00:41 28.03.2017)
Bakı sakini Qaxda avtomobilini aşırdı, 23 yaşlı qız öldü

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 mart-Sputnik. Qaxda avtomobilin aşması nəticəsində bir nəfər ölüb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 98-ci kilometrliyində, rayonun Qarabaldır kəndi ərazisində baş verib.

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İsa Cavanşir oğlu Səfərov idarə etdiyi "Mercedes" markalı, 90-ZX-339 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobili yolun kənarına aşırıb. Qəzadan sonra avtomobildə olan sərnişin — 1994-cü il təvəllüdlü, Qax rayonunun Zərnə kənd sakini Elnarə Elmir qızı Abdurəhmanova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Sürücü isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Xəstəxanadan əməkdaşımıza verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

109
Teqlər:
aş İstintaq və Təhqiqat İdarəsi, Mersedes, Daxili İşlər Nazirliyi, avtomobil qəzası, Avtomobil qəzası, Qax
Əlaqədar
Dəhşətli qəza ilə bağlı daha bir fakt
Avtomobili qaçıraraq qəza törətdi
Qadın sürücü ağır qəza törətdi
Sərxoş halda yolu keçmək istədi, qəza qurbanı oldu
İtaliyada qəza baş verib, 7 nəfər ölüb, onlarla insan xəsarət alıb