Qubada qar

Sərt hava xəbərdarlığı gəldi: bu rayonlara qar yağacaq

3378
(Yenilənib 13:39 27.03.2017)
Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gölzənilir

BAKI, 27 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 28-də bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 12-17, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq: Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gölzənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

3378
Teqlər:
Abşeron yarımadası, bulud, temperatur, qar, Bakı, isti, hava, yağış
Əlaqədar
Hava yenə dəyişəcək
Xəbərdarlıq: hava yenə dəyişəcək
Kəskin hava şəraiti paytaxta yaxınlaşır
Soyuq hava xəbərdarlığı gəldi
Nazirlikdən qeyri-sabit hava xəbərdarlığı
Nazirlikdən bayramda hava xəbərdarlığı
Hava limanında insident: uçuşlar dayandırıldı

Mülki əhalimizə atəş açılır: Tərtərdə iki qardaş həlak oldu, 2 nəfər isə yaralandı

8
Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olublar.

BAKI, 28 sentyabr - Sputnik. Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 

Dərin kədər hissi ilə qeyd edirik ki, 28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuşlar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. 

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.

8

Türkiyənin Baş Prokuroru: Ermənistanın terrorçu hücumlarını lənətləyirəm

10
(Yenilənib 20:23 28.09.2020)
Türkiyə Cumhuriyyətinin Baş Prokuroru Bəkir Şahin: "Din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana istiqamətlənmiş Ermənistanın terrorçu hücumlarını lənətləyirəm"

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Cumhuriyyətinin Baş Prokuroru Bəkir Şahin Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə göndərdiyi mesajda Ermənistanın hücumlarını lənətlədiyini dilə gətirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, B.Şahin K.Əliyevə göndərdiyi mesajda Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə edilən hücumlardan hiddətləndiyini ifadə edib.

"Dünən də, bu gün də, sabah da din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana istiqamətlənmiş Ermənistanın terrorçu hücumlarını lənətləyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Yaralılara şəfa diləyirəm", - deyə B. Şahin K.Əliyevə telefon zəngi zamanı bildirib.

10