Qaxda qar

Azərbaycan baharı qarla qarşıladı

297
(Yenilənib 22:27 21.03.2017)
Qaxın kəndlərinə 10 santimetrə qədər qar yağıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. Bu gün səhər saatlarından başlayaraq Azərbaycanın bir sıra dağlıq rayonlarına, eləcə də Qaxın bir neçə dağ kəndlərinə qar yağmağa başlayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumətə görə, Qax rayonunun İlisu, Sarıbaş və Ağçay kəndlərinin bəzi əraziləri ağ örpəyə bürünüb.

Kənd sakinlərinin sözlərinə görə, ötən əsrin 90-cı illərində Novruz bayramı günlərində qar yağsa da, son illərdə mart ayında qarın yağması müşahidə olunmayıb.

Qarın yağması ilə əlaqədar olaraq, rayonun ərazisində temperatur aşağı düşüb. Hazırda İlisu və Ağçay kəndlərində qarın qalınlığı 5 santimetr, Sarıbaş kəndinin bəzi yerlərində isə 7-8 santimetrdir.

Qeyd edək ki, bu gün Quba, Qusar, İsmayıllı və Lerik rayonlarının da dağ kəndlərinə qar yağıb.

297
Teqlər:
Novruz bayramı, Qax, qar, qar yağıb, Qax, Azərbaycan
Əlaqədar
Nazirlikdən növbəti qar xəbərdarlığı
Nazirlikdən qar xəbərdarlığı
Diqqət: qar yağacaq
Hava soyuyacaq: Yenə qar xəbərdarlığı gəldi
Xəbərdarlıq gəldi: qar geri qayıdır
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

69
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

69
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

40
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

40
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ