Xaçmazda qeyri-adi intihar

CC0 / Ordigital / knifeМужчина с ножом. Архивное фото
Мужчина с ножом. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz rayonunda qeyri-adi intihar hadisəsi baş verib.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. Xaçmaz rayonunda qeyri-adi intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Xaçmaz şəhər sakini, 1986-cı il təvəllüdlü Muradov Bəhruz Xanverdi oğlu dünyasını dəyişib.

Ailə üzvləri 31 yaşlı Bəhruz Muradovun özünə bıçaq xəsarəti yetirdiyini bildirib.

Xaçmaz rayon Polis İdarəsindən məlumatı təsdiqləyiblər. Amma intiharın hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil.

Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.

Xəbər lenti
0